NATO və Rusiyanın hərbi təyyarələri üz-üzə gəlib
Tarix: 08-05-2021 20:03 | Bölmə: Xəbərlər
NATO və Rusiyanın hərbi təyyarələri üz-üzə gəlib

ABŞ-ın son model “F-35” qırıcı təyyarələri ilə Rusiyanın “Su-35”-ləri ilk dəfə üz-üzə gəlib. Bu zaman bir sərnişin təyyarəsi istiqamət kursunu bağlayıb və 60 saniyəlik gərginlik şok-effekt yaradıb.

Reyting.az
xəbər verir ki, ABŞ-ın liderliyində 26 NATO ölkəsi hərbi təlimlərlə (Avropanın müdafiəsi-21) təhlükəli addımlar atıb.

Qara dəniz sahillərində Rumıniya və Bolqarıstandan havaya qalxan helikopterlərin ardınca bu dəfə rus mediası ABŞ dronunun Rusiya ordusuna məxsus hərbi gəmiyə yaxınlaşdığını iddia edib.



Rusiya lideri Putin 2014-cü ildə ilhaq etdiyi Krım çevrəsində Ukrayna və Qərb ölkələrinə ötən ay “gözdağı” verərək bir çox hərbi gəmisini “Avropanın müdafiəsi-21” təlimlərindən öncə Qara dənizə çıxarmışdı.

ABŞ-a aid strateji dron “RQ-4” Krım yaxınlığında rus hərbi gəmisinin başı üzərində görünüb. Rus mediasının iddiasına görə, Rusiya hava müdafiə sistemləri dronu təsbit edb.

ABŞ-ın Estoniya-Rusiya sərhədinə 100 kilometrlik məsafədəki Tapa bazasından raket atəşi həyata keçirməsi isə gözlənildiyi kimi Moskvada ciddi qıcıq yaradıb. Kremlə yaxın media raketlərin Rusiyaya qarşı atıldığını bildirib.



Ən gərgin anlar isə növbəti dəfə Baltik dənizi səmasında qeydə alınıb. “Avropanın müdafiəsi-21” təlimlərində iştirak üçün Estoniyaya eniş edən İtalya “F-35”-ləri ilk dəfə Baltik dənizində rus qırıcısı “SU-35”-lə üz-üzə gəlib. Baltik dənizində yerləşən Vaindloo adası çevrəsində hava sahəsini pozduğunu bildirərək Moskvanı ittiham edib.

ABŞ ordusuna aid “M270” çox raketli sistemin və digər raketlərin fotosu yayımlanıb və rəsmi olaraq elan edilib ki, NATO təlimlərində gerçək mərmilər istifadə olunub. Buna bənzər təlimlər Rusiyanın cənubunda yerləşən Rumıniya və Bolqarıstanda da keçirilir. Bolqarıstan helikopterləri Bezmer hava bazasından səmaya qalxıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}