Birinci katib vəzifəsi Çingiz Abdullayevə tapşırılıb
Tarix: 17-06-2021 18:42 | Bölmə: Xəbərlər
Birinci katib vəzifəsi Çingiz Abdullayevə tapşırılıb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi vəzifəsini müvəqqəti olaraq Xalq yazıçısı Çingiz Abdullayev icra edəcək.

Reyting.az
xəbərinə görə, bu barədə APA-ya AYB-nin mətbuat katibi Xəyal Rza məlumat verib.

O, Ç. Abdullayevin AYB-nin katibi vəzifəsində qalmaqla, qurultaya qədər birinci katibin səlahiyyətini də icra edəcəyini bildirib.

Vəzifə təyinatı qurultay zamanı səsvermə yolu ilə həyata keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl AYB-nin birinci katibi mərhum Xalq şairi Fikrət Qoca idi.

Qeyd edək ki, xəbəri ilk olaraq Kulis.az saytı yayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}