Havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur
Tarix: 23-07-2021 09:25 | Bölmə: Xəbərlər
Havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur

İyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Reyting.az
-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tozlu hava şəraitinin lokal xarakterli olduğunu bildirib.

Qeyd olunur ki, tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Avtomatik monitorinq stansiyalarının məlumatında bildirilir ki, hazırda havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur.

Meteoroloji şəraitdən asılı olaraq tozlu havanın yaxın 2 gun ərzində davam edəcəyi gözlənilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}