Peyvənd olunmayan müəllimlər dərsə buraxılmır
Tarix: 22-09-2021 09:44 | Bölmə: Xəbərlər
Peyvənd olunmayan müəllimlər dərsə buraxılmır

Hələ də peyvənd olunmayan təhsil işçiləri var və onlar tədrisə cəlb olunmur.

Reyting.a
z-ın məlumatına görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məsələyə məktəb rəhbərliyi cavabdehdir və bunu nəzarətdə saxlayaraq tənzimləyirlər: “Tədrisə cəlb olunmaq üçün mütləq şəkildə ya COVID-19 pasportu, ya da əks-göstəriş sertifikatı təqdim olunmalıdır. Əgər bir təhsil müəssisəsinin işçilərinin 80 faizindən çoxu peyvənd olunubsa, həmin müəssisədə tədris prosesinin tənzimlənməsi mümkündür. Bütün bu tələblər təmin olunduğu üçün 310 məktəbin hamısında əyani tədris bərpa olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}