İstanbulda Azərbaycan vətəndaşına silahlı hücum olub
Tarix: 12-01-2022 13:46 | Bölmə: Xəbərlər
İstanbulda Azərbaycan vətəndaşına silahlı hücum olub

İstanbulda Azərbaycan vətəndaşı olan kişi küçədə uşaqların gözü qarşısında silahlı hücuma məruz qalıb.

“Sondakika.com” xəbər verir ki, hadisə Esenyurt rayonunda qeydə alınıb.

Məlumata görə, naməlum şəxslər dövlət qeydiyyatı nişanı gizlədilmiş avtomobildən düşərək soydaşımıza atəş açıblar. Nəticədə kişi ayağından yaralanıb. Hücumçular isə hadisə yerindən qaçıblar.

Polis hadisə ilə bağlı araşdırma aparır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}