Baydenin Şərqi Asiyaya səfəri başlayıb
Tarix: 20-05-2022 10:23 | Bölmə: Xəbərlər
Baydenin Şərqi Asiyaya səfəri başlayıb

ABŞ prezidenti Cozef Bayden mayın 20-də Şərqi Asiya ölkələrinə - Cənubi Koreya və Yaponiyaya səfərə çıxıb.

Bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti səfər çərçivəsində Cənubi Koreya lideri Yun Sok Yol və Yaponiyanın Baş naziri Fumio Kisida ilə görüşəcək.

Görüş zamanı tərəflər arasında təhlükəsizlik münasibətlərinin dərinləşdirilməsi, iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək.

Bildirilib ki, C. Bayden Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq Qrupunun (QUAD) liderləri ilə Tokioda görüşəcək. Görüşdə Avstraliyadan Baş nazir Skott Morrison, Hindistandan Baş nazir Narendra Modi və Yaponiyadan isə Baş naziri Fumio Kisida iştirak edəcək.

Qeyd edək ki, QUAD 2007-ci ildə Yaponiyanın Baş naziri Sindzo Abe tərəfindən ABŞ-ın vitse-prezidenti Dik Çeyni, Avstraliyanın Baş naziri Con Qorvard və Hindistanın Baş naziri Manmoxan Sinqhin dəstəyi ilə təsis olunub.

Avstraliya iştirakdan imtina etdiyi üçün qrup 2008-ci ildə fəaliyyətini dayandırıb. 2017-ci ilin noyabrında isə ABŞ prezidenti Donald Tramp administrasiyası qrupun fəaliyyətinin yenidən bərpa edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}