Yeni icra başçısı kollektivə təqdim olunub
Tarix: 12-08-2022 12:47 | Bölmə: Xəbərlər
Yeni icra başçısı kollektivə təqdim olunub

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Çingiz oğlu Mürsəlov kollektivə təqdim olunub.

Reyting.az
xəbər verir ki, onu kollektivə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə təqdim edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyyələrini çatdirıb.

O.Mürsəlov ona göstərilən etimada görə minnətdarlığını bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}