Zaqatala Dövlət Təbiət Qoruğunda yanğın baş verib
Tarix: 16-08-2022 21:08 | Bölmə: Xəbərlər
Zaqatala Dövlət Təbiət Qoruğunda yanğın baş verib

Zaqatala Dövlət Təbiət Qoruğunda yanğın baş verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bu gün saat 16 radələrində Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu Qullar kənd inzibati ərazisinin yaxınlığından keçən hissəsinin dağətyi ərazisinin 1 saylı dolayında qoz bağında yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində qoz bağının 0,3 hektar sahəsində quru ot, xəzəl və kol-kos yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}