Bakının icra başçısı şəhid ailələri ilə görüşüb - Fotolar
Tarix: 23-09-2022 14:39 | Bölmə: Xəbərlər
Bakının icra başçısı şəhid ailələri ilə görüşüb
Eldar Əzizov

Sentyabrın 23-də Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib. Görüşün əvvəlində Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib, Vətən müharibəsindəki şanlı Qələbəmizə və şəhidlərimizə həsr edilən video-film nümayiş etdirilib.

Bu barədə Reyting.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, Bakı şəhərinin icra başçısı Eldar Əzizov, 2 il əvvəl sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində ölkəmizin düşmən üzərində şanlı Qələbə qazandığını xatırladaraq, Azərbaycan Ordusunun əks hücumla işğal altında olan torpaqlarımızı azad etdiyini diqqətə çatdırıb.

Bu il avqustun 3-də və sentyabrın 12-də sərhəd boyunca Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan istiqamətlərində erməni silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq həyata keçirilən “Qisas” və “Qətiyyətli cavab” əməliyyatları nəticəsində düşmənə ağır zərbələr endirildiyi və onların böyük sayda canlı qüvvəsinin və hərbi texnikalarının məhv edildiyinə də diqqət çəkilib.

Bildirilib ki, qazanılan Qələbədə Ali Baş Komandanla yanaşı Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı, şəhid və qazilərimizin şücaəti xüsusi qeyd edilməlidir.

Açıq dialoq şəraitində keçirilən görüşdə şəhid ailələrinin üzvləri dinlənilib, onların sual və təklifləri, ilk növbədə şəhid adının əbədiləşdirilməsi ilə bağlı müraciətlər nəzarətə götürülüb.

Çıxış edən şəhid ailələrinin üzvləri ölkə başçısı İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}