İranlı diplomat Bakıda ağır xəsarət alıb
Tarix: 27-11-2022 09:42 | Bölmə: Xəbərlər
İranlı diplomat Bakıda ağır xəsarət alıb

Bakının Xətai rayonunda əyləncə mərkəzində bədbəxt hadisə baş verib.

Reyting.az
-ın xəbərinə görə, hadisə Afiyyədin Cəlilov-22 ünvanında yerləşən əyləncə mərkəzində qeydə alınıb.

İran vətəndaşı, 1972-ci il təvəllüdlü Hossein Yazdani suya baş vurmaq üçün hovuza atlanıb. Bu zaman onun başı hovuzun kənarına çırpılıb. O, açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər diplomatın vəziyyətinin stabil olduğunu bildirir.

Qeyd edək ki, H. Yazdani İranın Azərbaycanda səfirliyinin ikinci katibidir.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}