Zelenski din xadimlərinə sanksiya tətbiq edib
Tarix: 24-01-2023 10:24 | Bölmə: Xəbərlər
Zelenski din xadimlərinə sanksiya tətbiq edib

Ukrayna prezidenti Rusiya Pravoslav Kilsəsinin 22 nümayəndəsinə qarşı sanksiya tətbiq edib.

Reyting.az
“Telegram”a istinadla xəbər verir ki, Ukrayna lideri Vladimir Zelenski Rusiya Pravoslav Kilsəsinin (RPK) 22 nümayəndəsi barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı qərar imzalayıb.

Məlumatda qeyd olunur ki, sanksiya siyahısına, o cümlədən, Moskva və bütün Rusiyanın patriarxı Kirillin qardaşı oğlu Mixail Qundyayevin və RPK-nın ictimaiyyətlə və Moskva patriarxının KİV-lə əlaqələr üzrə sinod şöbəsinin sədri Vladimir Leqoydanın adı da daxil edilib.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}