Evə basqında şübhəli bilinən şəxs saxlanılıb - Foto
Tarix: 30-01-2023 10:34 | Bölmə: Xəbərlər
Evə basqında şübhəli bilinən şəxs saxlanılıb

Ötən ilin dekabr ayında Salyan rayon ərazisində yerləşən evlərin birinə basqın etməkdə şübhəli bilinən rayon sakini Yaşar Məmmədov saxlanılıb.

Bu barədə Reyting.az-a DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildiriblər

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində salanılan Y. Məmmədov ilkin dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.


Yaşar Məmmədov

Araşdırmalar zamanı məlum olub ki, Y. Məmmədov tanışı, qeyd edilən hadisəyə görə həbs olunmuş Aydın Nəzərovla qabaqcadan əlbir olaraq ötən ilin dekabr ayının 18-də səhər saatlarında Salyan rayonu ərazisində yerləşən evlərin birinə basqın ediblər. Ev sahibinə hədə-qorxusu gələrək qızıl-zinət əşyaları və pul tələb edən həmin şəxslər quldurluq əməlini törədərək həmin ünvanı tərk ediblər.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}