Yaradıcılıq ittifaqları və birliklərinə maliyyə ayrıldı - Sərəncam
Tarix: 13-03-2019 16:57 | Bölmə: Mədəniyyət
Yaradıcılıq ittifaqları və birliklərinə maliyyə  ayrıldı

Prezident İlham Əliyev "Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Reyting.az bildirir ki, sənəddə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 min manat, Azərbaycan Bəstəkarlar İttifaqına 650 min manat, Azərbaycan Rəssamlar İttifaqına 350 min manat, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 300 min manat, Azərbaycan Memarlar İttifaqına 250 min manat, Azərbaycan Teatr Xadimləri İttifaqına 250 min manat və Azərbaycan Aşıqlar Birliyinə 250 min manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər