Cəsarətli düşüncələrlə zəngin “İdrakın üfüqləri” çap olundu
Tarix: 03-10-2019 15:29 | Bölmə: Mədəniyyət
Cəsarətli düşüncələrlə zəngin “İdrakın üfüqləri” çap olundu

Bu günlərdə “Şərq-Qərb” nəşriyyatında Dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadənin “İdrakın üfüqləru” kitabı işıq üzü görüb.

Elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlı olan kitabda oxucular N.Şəmsizadənin türkçülük, ana dili, şəxsiyyət, müstəqillik dövrü ədəbi prosesinin ziddiyyətli yönləri haqqında da maraqlı yazılar oxuya biləcəklər.

Müəllifin polemika doğuracaq, bir çox mübahisələrə səbəb olacaq düşüncələrini əks etdirən məqalələr türkçülük məfkurəsinə, müasir ədəbi tənqidin estetik problemlərinə həsr olunub.

“Tənqiddə meyarsızlıq sindromu” məqaləsi oxucuların marağına səbəb olacaq. Bundan başqa, böyük mütəfəkkir tənqidçi Yaşar Qarayevin nəzəri görüşlərindən bəhs edən “İdrakın üfüqləri” araşdırması da kitabda təqdim edilən dəyərli əsərlərdəndir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}