Barak Obama ilə həyat yoldaşı prodüserlik edəcək
Tarix: 15-03-2020 11:45 | Bölmə: Mədəniyyət
Barak Obama ilə həyat yoldaşı prodüserlik edəcək

ABŞ-ın sabiq prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama yeni layihə ilə gündəmə gəliblər.

Reyting.az
-ın məlumatına görə, məşhur cütlük bu dəfə özünü film sahəsində sınamaq istəyir. Obama və xanımı bu işi Russo qardaşları ilə birlikdə reallaşdıracaq.

Onların Mohsin Hamidin yazdığı “Exit West” (Qərbdən çıx) kitabı əsasında çəkiləcək eyniadlı filmə prodüserlik etməyə hazırlaşırlar. Yann Demanqenin rejissorluqedəcəyi ekran əsərinin baş rolunda Riz Ahmed oynayacaq.

Filmin ssenarisinin hazırlanması üçün daha bir tanınmış şəxsin layihəyə daxil ediləcəyi gözlənilir.

Qeyd olunur ki, Pakistan əsilli M. Hamidin müəllifi olduğu “Qərbdən çıx” kitabında dünya miqaysında yaşanan qaçqın problemlərindən bəhs edilir.(MTV)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}