Əməkdar artist: “Bir də görəcəyik ki, nə teatr var, nə də sənət”
Tarix: 03-02-2021 00:00 | Bölmə: Mədəniyyət
Əməkdar artist: “Bir də görəcəyik ki, nə teatr var, nə də sənət”

Əməkdar artist Sənubər İsgəndərli teatrların bir ilə yaxındır bağlı qalmasından şikayətlənib.

Aktrisa sosial şəbəkədə işsizlikdən təngə gəldiyini yazıb:

"Martda 1 il olacaq ki, ölkəmizdə bütün teatrlar bağlıdır. Pandemiyadır, karantindir deyib, oturduq. Amma heç bir ölkədə teatrların qapısı bu qədər bağlı qalmadı. Hər yerdə mümkün variantlardan istifadə olundu ki, teatr sənəti yaşasın. Biz isə hələ oturmuşuq. Bir də ayılıb görəcəyik ki, nə teatr var, nə də sənət”.

Əməkdar artist qeyd edib ki, artıq səbri tükənib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}