Bülbülün Şuşadakı evinin ilkin bərpa layihəsi hazırlanıb - Video
Tarix: 13-02-2021 22:46 | Bölmə: Mədəniyyət
Bülbülün Şuşadakı evinin ilkin bərpa layihəsi hazırlanıb

Azərbaycanın opera müğənnisi, təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor, SSRİ xalq artisti Bülbülün Şuşa şəhərindəki evinin ilkin bərpa layihəsi hazırlanıb.

Reyting.az
xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, müğənninin Şuşadakı evi 1992-ci il may ayında Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.

O, bildirib ki, müğənniyə ehtiram əlaməti olaraq Abidələri Müdafiə Təşkilatı İctimai birliyinin üzvü Tural Zeynalov evin onlayn bərpasını hazırlanıb.

Faiq İsmayılov əlavə edib ki, Şuşa şəhərindəki 850-dən çox tarix və mədəniyyət abidəsinin layihə smeta sənədləri hazırlanıb, abidələrə dəymiş zərərlər AMT üzvləri tərəfindən hesablanıb dövlət qurumlarına təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı şəhərdə səfərdə olub.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}