Kukla Teatrının direktoru vəzifədən çıxarılıb
Tarix: 19-10-2021 15:21 | Bölmə: Mədəniyyət
Kukla Teatrının direktoru vəzifədən çıxarılıb

Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov işdən çıxarılıb.

Mədəniyyət nazirliyndən Reyting.az-a verilən məlumata görə, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb: "Öz vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə əməli törətməsi, hüquq pozuntuları nəticəsində mərkəzi icra hakimiyyəti orqanının nüfuzuna xələl gətirən əməllərə yol verməsi səbəbindən Qax Dövlət Kukla Teatrının direktoru Nazim Davud oğlu Mahmudovun əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq bəndlərinə əsasən xitam verilib”.

Qeyd edək ki, Nazim Mahmudov 1998-ci ildən Qax Dövlət Kukla teatrının direktoru vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}