07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Azərbaycanda Kino Agentliyi yaradılır
Tarix: 01-12-2021 15:49 | Bölmə: Mədəniyyət
Azərbaycanda Kino Agentliyi yaradılır

“Artıq bir ildən çoxdur ki, biz Azərbaycan Respublikası Kino Agentliyi layihəsinin hazırlanması ilə paralel olaraq kino sahəsində qanunvericiliyin, o cümlədən “Kinematoqrafiya haqqında” qanunun, kinonun inkişafı ilə bağlı konsepsiyanın təkmilləşdirilməsi üzərində çalışırıq”.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirliyin elan etdiyi mühüm islahatlardan biri də kinematoqrafiya və kino sənayesini keyfiyyətcə yeni səviyyəyə qaldıracaq Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) yaradılmasıdır: “Bu gün artıq biz deyə bilərik ki, ARKA-nın yaradılmasının yekun mərhələsindəyik. Bunlar ən xırda detalların təhlilini və nəzərə alınmasını tələb edən ciddi təşəbbüslərdir. Bu işdə bütün aidiyyəti qurumlar da bizə dəstək olurlar. Hər iki məsələ ilə bağlı məlumat təbii ki, vaxtı çatanda ictimaiyyətə çatdırılacaq”/APA




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}