07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
ICESCO-nun Baş direktoru: "Azərbaycanın sülh missiyasını dəstəkləməyə hazırıq"
Tarix: 02-12-2021 11:43 | Bölmə: Mədəniyyət
ICESCO-nun Baş direktoru: "Azərbaycanın sülh missiyasını dəstəkləməyə hazırıq"

ICESCO-nun Baş direktoru Səlim Məhəmməd Əl-Malik "Mədəniyyət naminə sülh" Tərəfdaşlar Forumunun iştirakçılarına videomüraciət edib.

O, videomüraciətində mədəniyyətin inkişafı üçün sülhün vacib olduğunu bildirib.

"Bütün tərəfdaşların sülhh naminə sosiallaşmasını dəstəkləyirik. Sülh prosesi hər kəsi bir araya gətirir. Sülh prosesini qorumaq və təşviq etmək çox vacibdir. Bu təşəbbüsləri gənclərin, qadınların və liderlərin cəlb edilməsi baxımından dəstəkləyirik. Bu forumda bir araya gəlib bu mövzuları müzakirə etmək siyasətçilərə dəstək olacaq. Biz Azərbaycanın mədəniyyət naminə sülh missiyasını dəstəkləməyə hazırıq", - Baş direktor deyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}