16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanın azad olunan ərazilərinə tezliklə missiya göndəriləcək? - YUNESKO-dan açıqlama
Tarix: 06-12-2021 13:41 | Bölmə: Mədəniyyət
Azərbaycanın azad olunan ərazilərinə tezliklə missiya göndəriləcək?

YUNESKO Azərbaycanın işğaldan azad edilən ərazilərinə və Qarabağa faktaraşdırıcı missiya göndərmək üzərində işləyir.

Bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.

“Hazırda Qarabağda bu missiyanın təşkili üzərində işləyirik. Ümid edirik ki, bu, tezliklə mümkün olacaq, lakin hazırda lazımi şərait yoxdur. Mövzu ilə bağlı ətraflı məlumat əldə etməyə çalışırıq”, - YUNESKO-da qeyd olunub.

Xatırladaq ki, mədəniyyət naziri Anar Kərimov sonuncu çıxışlarında UNESCO missiyasının azad edilmiş ərazilərə səfəri ilə bağlı danışıqların davam etdirildiyini bildirib: "Azərbaycanın şərtləri və bu missiyanın təşkili ilə bağlı texniki detallar UNESCO-ya çatdırılıb. Məsələ ilə bağlı UNESCO qərar verməlidir. Biz onların bu məsələdə ədalətli və qərəzsiz mövqe tutmalarını gözləyirik"/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}