07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Bakıda əl işlərinin satışı sərgisi keçirilib
Tarix: 06-12-2021 14:45 | Bölmə: Mədəniyyət
Bakıda əl işlərinin satışı sərgisi keçirilib

Paytaxtın “Passage 1901” restoranında sayca 35-ci “Bakı görüşləri” əl işlərinin satış sərgisi keçirilib.

Reyting.az
xəbər verir ki, ikiillik fasilədən sonra keçirilən sərgidə müxtəlif ixtisaslı 115 rəssam iştirak edib.

Tədbirin təşkilatçısı Ella Bağırova deyib ki, bu dəfə onkologiya xəstəsi azyaşlı Məhəmməd Üzeyirliyə yardım məqsədi daşıyan “Güc birlikdədir” xeyriyyə aksiyası çərçivəsində keçirilən sərgidə keramika və şüşə üzərində rəngkarlıq, ağac oyması işləri, sabun, şam məmulatları və s. təqdim olunub.

Tədbir çərçivəsində həmçinin uşaqlar üçün ebru üslüblü rəsm və dulusçuluq üzrə ustad dərsləri aparılıb.

Konsert proqramı ilə müşaiyət olunan sərginin sonunda lotereya oynanılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}