Bakıda Litva tatarları haqqında film nümayiş olunub
Tarix: 09-12-2021 14:47 | Bölmə: Mədəniyyət
Bakıda Litva tatarları haqqında film nümayiş olunub

Bakıdakı “Landmark” işgüzar mərkəzində “Sədaqət üzüyü” (“The Ring of Royalty”) sənədli filminin nümayişi keçirilib.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, Litvanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə səfir Egidius Navikas iştirak edib.

O çıxışında filmin Litvada elan edilmiş Litva Tatarları Tarixi və Mədəniyyəti İli münasibətilə ərsəyə gətirildiyini bildirib, tatarların XIV əsrdə Böyük Litva Hersoqluğu torpaqlarına gəlmələrindən bu yana yaşayışı, mədəniyyəti, adət-ənənələrindən bəhs edib.

Filmin rejissoru Edita Mildajitedir.

Litvanın ən qədim milli azlıqlarından olan tatarların sayı bu gün 2500 nəfərə yaxındır. Bu ilin fevral ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında mədəniyyət mübadiləsini, Litvanın azsaylı türk milli azlıqları olan tatarların və qarayların (qaraim) mədəni irsinin qorunmasını nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}