Sabah məşhur əsər təqdim olunacaq
Tarix: 10-12-2021 12:36 | Bölmə: Mədəniyyət
Sabah məşhur əsər təqdim olunacaq

Dekabrın 11-də Müstəqil Şah Mat Teatrının səhnəsində müasir alman yazıçısı Patrik Züskindin “Kontrabas” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olacaq.

Bu barədə Reyting.az-a teatrın mətbuat xidmətindən məlumat verilib.

Teatrının bədii rəhbəri Mir Qabil Əkbərovun quruluş verdiyi mono-tamaşada baş rolu aktyor Fərid Vəliyev ifa edir.

Xronometrajı 50 dəqiqə olan tamaşanın quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatıçısı Şükür Babayevdir.

Kubizm yanaşması ilə qurulan yeni tamaşada əsas mövzu kontrabasçını, yəni qəhrəmanın öncə kontrabasdan, ona olan sevgisindən danışıb, sonra isə onu parça-parça etmək istəyindən ibarətdir. Rejissor hazırladığı tamaşada bunun alt qatında demək istəyir ki, orkestr insan cəmiyyətinin eynisidir və nə olur-olsun biz bu cəmiyyətdə hansısa bir alətdə ifa etməyə məcburuq.

Qeyd edək ki, tamaşa 16+ hazırlanıb. Tamaşanın biletlərini iticket.az saytından onlayn və ya tamaşa günü teatrın kassasından əldə edə bilərsiniz.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}