Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada aksiya keçirilib - Fotolar
Tarix: 13-12-2021 14:59 | Bölmə: Mədəniyyət
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada aksiya keçirilib

Rusiya-Azərbaycan Gənclər Birliyi (AMOR) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) dəstəyi ilə Moskvada "Qanın milləti yoxdur" adlı növbəti xeyriyyə aksiyası keçirib.

Məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilən humanitar tədbir MDTU-nun Kliniki transfuziologiya və hematologiya kafedrasında baş tutub.

Tədbirdə çıxış edən MDTU-da Azərbaycan klubunun sədri Simarə Məmmədova bildirib ki, azərbaycanlı gənclər xeyriyyə məqsədi ilə qan verirlər: “Məqsədimiz ankoliji xəstəlikdən və COVİD-19-dan əziyyət çəkən insanlara yardım etməkdir”

Xatırladaq ki, qanvermə aksiyası 3 gün davam edəcək. Artıq 13 ildir mütamadi olaraq keçirilən xeyriyyə aksiyasında minə yaxın gəncin iştirak edəcəyi gözlənilir/Report.









Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}