22:40 / 22-10-2025
"Qarabağ" uduzub, "Qalatasaray" qalib gəlib
22:14 / 22-10-2025
Məşhur vəkilin evi qarət olunub (Yenilənib)
20:31 / 22-10-2025
Əli İnsanov: "Burnunu tutsan, canı çıxar, həbsxanada dözməz"
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
19:23 / 22-10-2025
İsveç Ukraynaya 120 ədəd döyüş təyyarəsi satmaq istəyir
18:05 / 22-10-2025
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
17:54 / 22-10-2025
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
17:49 / 22-10-2025
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
17:42 / 22-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
17:19 / 22-10-2025
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
16:51 / 22-10-2025
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
16:37 / 22-10-2025
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
16:22 / 22-10-2025
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
15:55 / 22-10-2025
Qurban Pirimov direktor təyin olunub
15:49 / 22-10-2025
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
15:37 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
14:13 / 22-10-2025
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
14:08 / 22-10-2025
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
14:05 / 22-10-2025
"Zirə" Vinsent Tillə vidalaşıb
14:03 / 22-10-2025
Xəstə əməliyyat zamanı klarnet çalıb
13:55 / 22-10-2025
Ramiz Mehdiyevin bankında problem yaranıb?
13:54 / 22-10-2025
Məşhur kino şirkətini satışa çıxarıblar
12:00 / 21-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

13:12 / 21-10-2025

19:14 / 18-10-2025

14:39 / 19-10-2025

08:12 / 19-10-2025

00:03 / 18-10-2025

Mələk xislətli təcəssüm - Rafiq Rəhimli yazır
Tarix: 20-12-2021 15:11 | Bölmə: Mədəniyyət

“Koronavirus” pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə teatrımızın təşəbbüsü ilə Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan UNESKO Klubları Assosiasiyası, ASAN Könüllüləri Təşkilatı, “Asan radio”, “Azərbaycan” dərgisinin birgə təşkilatçılığı ilə keçirilən “Biz birlikdə güclüyük” adlı birpərdəli pyes müsabiqəsinin qalibi Pərviz Seyidlinin “Mələk” birhissəli psixoloji dramı elmi və təcrübi məziyyətləri ilə teatral ab-havaya yeni bir ovqat qatdı.
Tamaşa ekzpozisiyadan birbaşa dramatik konfliktə keçir. Gənc qız intihar etmək istəyir. Əsər üçün seçilən həyati model müasirimizdir. O, bəşəri bir bəlaya düçar olub. Və bu konfliktin kilidi fabula xətti boyunca açıqlanaraq davam edir. Hadisə məkanı damdır. Dramatik konfliktin iki səbəbkarı var: Lalə və Fərhad.

Tamaşaçı qarşısında aktyor kimi hansısa bir taleyi yaşamaq böyük məsuliyyət tələb edir. Burada zahiri sahman, yeriş-duruş, üz-göz ifadələri, müşayiətçi ilə münasibətin qurulması, tamaşaçıya olan münasibətin cizgilərlə ötürülməsi kimi vacib cəhətlər ön planda dayanır. Gənc və istedadlı aktyorlarımız Aygün Fətullayeva və Ramil Məmmədov Lalə və Fərhad həqiqətini pyesin ovqatından yoğrulmuş emosional gərginliklə yaşayırlar. Gözlərimin qarşısında iki gözəl gənc həyat mücadiləsi verir: hansının şansı çoxdur, bəlli deyil. Məlum həqiqətin qapısı isə üzümüzə finalda açılacaq.
Aktyorlar daxili ritmin hesabına zahiri ritmi – temporitmi balanslaşdırmağa çalışırlar. Sözsüz ki, baş verən hadisənin təsiri, tamaşaçı qarşısında imtahan, hələ bir ciddi bir müsabiqənin qalibi olan bir dramaturji materialı sərrast gözlər qarşısında yaşamaq olduqca çətindir. Bu çətinlik istər-istəməz gənc, istedadlı aktyorları gərginləşdirir və ara-sıra bu ritm pozulur. Lakin bu, ixtisaslı peşəkarlar tərəfindən duyulur. Tamaşaçının aludə olduğu hadisə, gənclərin qərarına olan həssaslıq digər təcəssüm incəliklərini unutdurur.
“Qız – Niyə öldürdün onu? Niyə, ssenarist, niyə? Axı, o, sənin personajındır. Məni öldürərdin, o, yaşayardı...
Oğlan – Özünü öldürsən, ananın necə nigaran qalacağını, necə pis olacağını görməyini istədim. Axı, o, göylərdən sənə baxır. Sən indi özünü öldürsən, sabah Yağmur da olmayacaq, onun xoşbəxtliyi də olmayacaq. Əgər sən özünü öldürsən, anandan bu dünyada heç bir nişan qalmayacaq. Əgər sən özünü öldürsən, anan məzarda narahat olacaq. Sən indi həm anan üçün, həm balan üçün yaşamalısan.
Qız ona baxır. Nə deyəcəyini bilmir, gözlərindən yaş axır. Oğlanın boynuna sarılır”.
Bu, sadə dramaturji üsul gənc aktyorların ifasında həyati fiziki fəaliyyətlə gerçəkləşir ki, onun həqiqətinə inanmaya bilmirsən. Gənc Tamaşaçılar Teatrının fiziki taleyinə xas olaraq, onun aktyorları imtahandan yüksək kreativ göstəricilərlə çıxmağı bacarırlar. Onlar bəşəri bəlanın insanlığa bağışladığı xofu, qorxunu dəf edirlər və bu duyğunu tamaşaçıya ötürməyi bacarırlar. İfa təbirincə desək, qorxmaq – məğlub olmaq deməkdir.

“Oğlan – Düşək aşağı?
Qız – Düşək.
Oğlan – Ssenaridə balaca dəyişiklik etsəm, necə olar?
Qız – Nə dəyişiklik?
Oğlan – Eldar adı xoşuma gəlmədi. Oğlanın adını Fərhad eləsəm olar?
Qız – Olar. Sən bəlkə də düz deyirdin: Allahın göndərdiyi mələksənmiş. (Gülümsəyir) Mənim qonşum mələk imiş, xəbərim yox.
Oğlan – Bəlkə də hamı bir-birinin mələyidir bir-birindən xəbərsiz.
Oğlan qızın əlindən tutur. Onlar damdan düşürlər. Səhnədə çaxır şüşəsinin qırıntıları parıldayır...“
Qız səhvini başa düşür. O, zahiri etirafları ilə deyil, daxili etirafları ilə obrazını katarsis halına salır. Bu ötürümün anlaşılması Lalənin səssizcə əlini Fərhada uzatması və onunla birgə damdan enməsidir. “Onlar damdan hara gedirlər?” sualı da tamaşaçı təxəyyülündə açıqlanır: məhəbbət yuvasına! O yuvada onları sevda dolu bir ömür gözləyir. Axı, onlar yaşatmaq üçün yaşamalıdırlar!

Belə ali ideya xəttinə malik tamaşa Gənc Tamaşaçılar Teatrının təcəssüm məqsədinə qüsursuz nail olması, eyni zamanda bu vacib layihənun gerçəkləşməsi onun yaradıcılarının pandemiya bəlası ilə nəfəs-nəfəsə dayanmış yer sakinlərinə töhfəsidir. Məhz bu baxımdan “Mələk” tamaşası bütün məziyyətləri ilə sekulyarlaşır.
Tamaşanın musiqi dramaturgiyası (musiqi tərtibatı Zaur Rəşidov) yalnız küləkdən ibarət olsa da, ölümün özü kimi soyuq xəbərdarlığı vardır, rəssam işi də (rəssam Sevinc Həsənova) diqqəti cəlb edir.
*** *** ***
Gənc və istedadlı rejissor Ayla Osmanova dramaturji konflikti çözərkən birinci növbədə onun ideya-siyasi istiqamətini düzgün təyin etməyə çalışıb. Burada təkcə müsabiqə əsərinin deyil, bu günki qloballaşma zamanında səhnə məkanından söz demək, bəşəri xilasa səsləmək kimi ali ideya çözümləməsi diqqət mərkəzində dayanır.
Ayla xanım müasir gəncliyə xas olan sadəliyi, sərbəstliyi düşünərək təxəyyüllə elmi paralelləşmədən qaçmış, mizanların daha çox həyatiliyinə diqqət yetirmişdir.
Ovqat aşılayıcıları kimi aktyorlar quruluşçu rejissor Ayla xanımın dramatik konfliktdən doğan məziyyət gerçəkliyini həm prosesə, həm də yaratdıqları personajlara ötürə biliblər. Bunun bir səbəbi rejissor məsuliyyəti ilə bğlıdırsa, digər səbəbləri aktyorların sənət məsuliyyətindən irəli gəlir. Məşq prosesində Ayla xanımın, rejissor assistenti Sevda Hacışəmiyevanın böyük məsuliyyət hissinin şahidi olduq.

Teatr səhnəsi həmişə öncül kürsü sayılıb. Səhnədən deyilən sözə xalq inanıb, onun sərfəliliyini anlayıb, həyatında müəyyən düzəliş etməyə çalışıb. Əbəs yerə deyildir ki, xalq səhnədən ona söz deyən, hisslərini, duyğularını ötürən aktyoları sevib, hörmətlə yanaşıb. “Mələk” kimi etibarlı bir dramaturji təcəssümümüz varsa, deməli, yenə də tamaşaçı nəfinə bir iş görmüşük. “Mələk” tamaşası teatrımızın pandemiya bəlasına qarşı yaradıcı etirazıdır. Psixofizioloji gerçəklikdən yoğrulmuş dramaturji material ölüm-dirim savaşında yaşamaq hissinin qalibliyinə mütləq inanan və onun uğrunda mübarizə aparan gənc yazar Fərhad əslində özü də zamanın sərt dönəmində karıxmış vəziyyətdədir. O, bir nəfəri xilas etməyə çalışır, bəlkə də onun üçün bu bir nəfər bütün bəşərin özüdür, bilmirik, amma onun ağıllı və sadə fəndi baş tutur. O, Laləni xilas edir. Deməli, ağıl və məntiq qalib gəlir.

Biz nə zaman güclü oluruq? Əlbəttə, ideyamız, əqidə birliyimiz. sözümüz üst-üstə düşəndə. Əslində dramaturji materail başdan-ayağa psixoloji gərginlikdən ibarətdir. Çünki tamaşa intihar etmək istəyən gənc qızın gərginlyindən başlayır, onun xilası ilə bitir. Belə ağır dramaturji yükün daşıyıcıları isə gənc aktyorlarımız Ramil Məmmədov və Aygün Fətullayevadır. Quruluşçu rejssor əsərin bədii-estetik tərəfini düzgün dərk etmiş, onun mahiyyətini aça bilmişdir. Nəticədə, bizi tamaşa boyunca həyəcanda saxlamağı bacarır.
Rafiq Rəhimli,
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə rəhbəri, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:05
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bu gün, 15:55
Qurban Pirimov direktor təyin olunub
Bu gün, 13:54
Məşhur kino şirkətini satışa çıxarıblar
Bu gün, 07:16
Luvr muzeyinə dəymiş zərər 88 milyon avrodur
20-10-2025, 18:17
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
20-10-2025, 17:24
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
20-10-2025, 10:22
Hollivudun məşhur aktyorundan bəhs edən film çəkiləcək
20-10-2025, 09:08
İmperatorlara məxsus qiymətli əşyaları oğurlayıblar - Fotolar
17-10-2025, 12:58
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
17-10-2025, 11:45
Əkrəm Əylisli: "Bu mövzuda danışamaq mənim üçün çox çətindir”
17-10-2025, 08:58
“Kiss”-in məşhur gitaraçısı vəfat edib
16-10-2025, 11:36
Oğlu: "Ramiz Quliyevi dostum kimi yola salıram"
16-10-2025, 10:52
Əməkdar artist vəfat edib
16-10-2025, 10:27
Dünya şöhrətli iki aktyor yeni çəkilişdə... - Fotolar
16-10-2025, 09:22
Astana II Beynəlxalq Etnik Musiqi Festivalına hazırlaşır
15-10-2025, 11:08
Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar
15-10-2025, 11:00
Nazirlik Ramiz Quliyevin vəfatı ilə bağlı məlumat yayıb
15-10-2025, 10:15
Xalq artisti Ramiz Quliyev vəfat edib
15-10-2025, 08:32
Dördqat “Gremmi” laureatı 51 yaşında vəfat edib
14-10-2025, 09:52
Al Paçino "Ata Co" filmində baş rola çəkiləcək - Fotolar
14-10-2025, 08:48
“Ceyms Bond” filmləri silahsız təqdim olunub
12-10-2025, 09:00
Kino ulduzu "Tayler Reyk"-ə dönür
10-10-2025, 08:51
Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq - Fotolar
9-10-2025, 16:12
"Ouşenin 14 dostu" filminin çəkilişlərinə başlayırlar
9-10-2025, 15:13
Yazıçı Nobel mükafatına layiq görülüb
9-10-2025, 14:59
Xalq artisti Əminə Yusifqızı vəfat edib
8-10-2025, 07:56
Məşhur aktrisalara yeni filmdə rol verilib
7-10-2025, 10:30
UNESCO-da Azərbaycanın bəyanatı oxunub
6-10-2025, 11:24
Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır
3-10-2025, 17:45
Aytac Əlisultanlı yeni vəzifəyə təyin olunub
3-10-2025, 14:43
Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə qatılıb
3-10-2025, 10:43
Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır
3-10-2025, 07:20
Yeni "Avatar" təxminən üç saatlıq film olacaq
2-10-2025, 18:08
Müğənni Səbinə Ərəbli Xankəndiyə köçüb
2-10-2025, 17:11
Hollivud ulduzu "Sığınacaq" qəhrəmanına çevrilib - Fotolar
2-10-2025, 07:13
Yeni filmdə əsas rolları məşhurlar oynayacaqlar
1-10-2025, 22:19
Heydər Əliyev Fondu xanəndənin müalicəsini nəzarətə götürüb
1-10-2025, 12:35
Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmayıb
30-09-2025, 16:12
Füzuli Dram Teatrının direktoru komaya düşüb
30-09-2025, 15:02
Tahir İmanov: "Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz”
30-09-2025, 10:54
Teleaparıcı vəzifəyə təyin olunub
30-09-2025, 10:26
Cabir İmanovla vida mərasiminin yeri dəyişdirilib
29-09-2025, 11:16
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
26-09-2025, 16:42
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
26-09-2025, 16:13
Məşhur aktyorun fimi hitə çevrilib
26-09-2025, 13:29
Ordubadlı qəhrəmanlardan bəhs edən kitab işıq üzü görüb
26-09-2025, 10:58
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub