16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycan UNESCO-nun irs siyahısına salınması üçün müraciət edəcəyi sahələri açıqlayıb
Tarix: 28-12-2021 13:02 | Bölmə: Mədəniyyət
Azərbaycan UNESCO-nun irs siyahısına salınması üçün müraciət edəcəyi sahələri açıqlayıb

Azərbaycan “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısı”na salınması üçün müraciət edəcəyi sahələri açıqlayıb.

Bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, gələn il UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısı”na salınması məqsədilə bir neçə maddi-mədəniyyət nümunələri üzrə müraciət ediləcək: "Bunlar "İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı", "Sədəf sənəti", "Pəhləvan, ənənəvi zorxana oyunları və idman növləri", "Molla Nəsrəddin şifahi xalq ədəbiyyatı", "Çay mədəniyyəti", "Balaban sənətkarlığı və ifaçılıq sənətləridir"/Report.

Nazir bildirib ki, 2022-ci ildə UNESCO-da Fikrət Əmirov və Hacı Zeynalabdin Tağıyevin yubleyləri qeyd ediləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}