20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
18:51 / 30-01-2026
Hacıqabul rayonunda vulkan püskürüb
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
18:07 / 30-01-2026
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
17:54 / 30-01-2026
İcra başçısı müavinini vəzifədən azad edib
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
17:40 / 30-01-2026
İqtisadi Şuranın iclası keçirilib
17:17 / 30-01-2026
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
16:43 / 30-01-2026
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
16:38 / 30-01-2026
Prezident Tədbirlər Planını təsdiqləyib
16:36 / 30-01-2026
Prezident onları mükafatlandırıb - Siyahı
16:30 / 30-01-2026
Əli Mustafa: Azərbaycan regionda ABŞ-nın əsas müttəfiqidir
16:30 / 30-01-2026
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
16:14 / 30-01-2026
Baş Prokurorluq əhaliyə çağırış edib
15:50 / 30-01-2026
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
15:21 / 30-01-2026
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
15:11 / 30-01-2026
Fevral ayına olan hava proqnozu açıqlanıb
14:48 / 30-01-2026
Xamnəinin nümayəndəsi ABŞ-ı və müttəfiqlərini hədələyir
14:36 / 30-01-2026
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
14:26 / 30-01-2026
Hərbi prokurora köməkçi təyin olunub
14:15 / 30-01-2026
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
13:57 / 30-01-2026
Tramp Kuba ilə bağlı milli fövqəladə vəziyyət elan edib
13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Acığa iş - Hekayə
Tarix: 18-02-2024 10:15 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Dəmiroğlu özünü təmkinli aparırdı. Təcrübəsindən bilirdi ki, ayı nə qədər tələssə də, armud vaxtında yetişir. Odur ki, ehtiyatlı hərəkət edirdi. Hərdən bir zamanlar başladığı söhbətə qayıdır, fəqət ürəkaçan cavab ala bilmirdi. Pərvin elə ilk söhbətində ona demişdi: “Səninçin ayıb deyil, mən ərli qadınam”.
Pərvinin ailəsi, bir oğlu, bir qızı vardı. Qızı ali məktəbdə, oğlu on birinci sinifdə oxuyurdu. Övladlarını varlığı qədər sevirdi. Dəmiroğlu Pərvini görən gündən ona vurulmuşdu. Qadın ərdə olmasaydı, ola bilsin, onunla evlənərdi. Kim bilir, bəlkə də bu vurğunluq bir ehtirasa, ötəri hissə bağlı idi, həsrətlə gözlənilən yaxınlıq onu aradan qaldıracaqdı. Hər halda həqiqəti Dəmiroğlu özü yaxşı bilirdi.
O, çoxlarının ağlını başından alan Pərvinə baxa-baxa, onun gözəlliyi qarşısında əriyə-əriyə, ah-uf edə-edə dözür, hisslərini büruzə vermirdi. Son zamanlar Pərvin çox fikirli, qayğılı və dalğın görünürdü. Hətta Dəmiroğlu arada onu gözüyaşlı görmüş və başa düşmüşdü ki, ailəsində işlər nə isə qaydasında deyil, bir narahatlıq yaşanır. Dəmiroğlu qibtə və pərəstiş etdiyi gözəlliyə kölgə düşdüyünü görüb varından yox olurdu.
Axır ki, bunun səbəbini öyrəndi.
Son zamanlar Nərimanla Pərvinin münasibətləri pisləşmişdi. Nəriman evə xeyli gec, özü də çox zaman sərxoş halda gəlir, ağzından çıxanı Pərvinə deyirdi.
İndi Dəmiroğlu yaranmış vəziyyətdən yararlanmaq istəyirdi. Onun yatmış, cilovlanmış hissləri dilə gəlmişdi. Fəqət yenə ağır cavab alacağından qorxurdu.
Bir zaman Dəmiroğlu Pərvini öz atmacaları ilə təngə gətirmişdi. Pərvin isə, onu eşitmək, onun hislərinə cavab vermək fikrindən uzaq idi. Hətta bir ara Pərvin işdən çıxmaq istədi. Dəmiroğlu özünü yığışdırdı, ona söz verdi. Yalvar-yaxar edib onu fikrindən daşındırdı.
Pərvin sanki dəyişmişdi. Bir gün o, Dəmiroğlunun otağına girib:
- Bir işin yoxdursa, kafelərin birinə gedib nahar edək, - dedi.
Dəmiroğlu qulaqlarına inanmadı. Çaşqın halda:
- Nəəə? - deyə soruşdu.
Pərvin təkrar etdi. Dəmiroğlu günorta hara isə getməyi planlaşdırmışdı. Fəqət Pərvinin təklifindən sonra nə billah elədisə, hara getməli olduğunu yadına sala bilmədi. Lap xatırlaya bilsəydi də, lap nazirin qəbuluna getməli olsaydı da, bu görüşlərdən imtina edər, Pərvinə qoşular, dünyanın o başına gedərdi. Bu günü illərlə arzulamışdı. Odur ki tez:
- Sən deyəndən sonra mənin nə işim ola bilər?! Mənimçin səninlə nahar etməkdən, birlikdə olmaqdan vacib heç nə ola bilməz, əzizim.
“Əzizim” kəlməsi çoxdan əzizlənməyən Pərvinin xoşuna gəldi.
Birlikdə “Ay-ulduz” kafesində nahar etdilər. Pərvin də çaxır içdi ki, əhvalı yaxşılaşsın. Sevimli qadının əhvalının yaxşı olduğunu görən Dəmiroğlu çəkinə-çəkinə onu evinə dəvət etdi. Pərvini razı salacağına əmin deyildi. Fəqət gözlədiyinin əksinə olaraq, Pərvin onun təklifini qəbul etdi.
Nəriman ezamiyyətdə idi. Getməmişdən Pərvinlə sözləri çəp gəlmişdi. Nəriman özündən çıxıb, Pərvinin yeddi arxa dönənini söymüş, onun özünü də tərbiyəsiz adlandırmışdı. Artıq neçənci dəfə idi belə hal davam edirdi.
Dəmiroğlu bu mənzili uşaqlar üçün almış, təmir etdirmişdi. Arada gəlib dincəlirdi. İndi onlara burada kimsə mane olmayacaq, əl-ayaqlarına dolaşmayacaqdı.
Dəmiroğlu cəld süfrə açdı, əlinə keçən yeməklərdən süfrəyə düzdü, şampan şərabı gətirdi. Əyləşdilər.
Pərvin hamamlanıb çarpayıya uzanmışdı. Dəmiroğlu sevindiyindən qanadlanıb uçurdu. İndi hamama o girmişdi, duş qəbul edirdi.
Pərvin gözlərini tavana dikmişdi. Nəriman hər dəfə özündən çıxıb, ciddi əsas olmadan onu, nəslini, ağbirçək anasını təhqir edir, həyatdan vaxtsız köçmüş atasını və dünyasını nakam dəyişmiş bacısını söyüb yamanlayırdı. İndi Dəmiroğlunu nahara dəvət etməkdə, onun evinə gəlməkdə, onunla bir yatağa girməyə razı olmaqda məqsədi Nərimandan hayıf çıxmaq, onun papağını yerə soxmaq idi. Buna el arasında acığa iş görmək deyirlər.
Dəmiroğlu yuyunmaqda davam edirdi. O, həyəcanlı idi. Pərvinlə sonrakı münasibətləri bu görüşdən asılı olacaqdı. Pərvin ondan razı qalmalı idi.
Dəmiroğlu belə düşünürdü.
Pərvin üst paltarını soyunmuşdu. Əlini sinəbəndinə aparırdı ki, onun da bağını açsın. Lakin əl saxladı. Nəriman ona dağ çəkmişdi. İnsanı da bu qədər alçaltmaq olar? İki övladları olmuşdu. Son vaxtlara qədər Nəriman özünü yaxşı aparırdı, Pərvinə, onun qohum-əqrəbasına hörmətlə yanaşırdı. Son zamanlar içkiyə qurşanmışdı. Bundan başqa, xəlvəti bir qadınla da görüşürdü. Görünür, səbəbkar həmin qadın idi.
Pərvin yenə əlini sinəbəndinə apardı. Bağını açdı, sinəbəndin bir tərəfi aşağı sürüşdü. Sinəsinin bir tərəfi açıqda qaldı. Pərvin ətrafa baxdı. Sinəsini görən olmamışdı. Utanıb təzədən sinəbəndini bağladı.
Dəmiroğlu qurulanırdı. O, hamamın qapısını azacıq aralayıb baxdı. Pərvin çarpayıda uzanmış, üstünü döşəkağı ilə örtmüşdü. Gözəl saçları yastıq boyu səpələnmişdi. İlahi necə də gözəldir! Sanki Allah-taala bu qadını xoş günündə yaratmışdı.
Dəmiroğlunun bədənindən gizilti keçdi. Pərvini hürkütməmək üçün tez qapını örtdü. Beş dəqiqə, on dəqiqə keçəcək, Dəmiroğlu dünyanın ən gözəl qadınını qolları arasına alacaq, bağrına basacaqdı.
Nəriman əclaf idi. Əclaf olaraq qalacaqdı. Düzələnə oxşamır. İnsanlar qəribə xislətli olurlar. Kimisi cavanlığında səhvlərə yol verir, sevimli insanlara, əzizlərinə əziyyət verir, onlara dərd-qüssə gətirir. Sonradan sanki əməllərindən peşman olur, düz yola qayıdırlar. Bəzilərinin isə, sanki yaşlarının üstünə yaş gəldikcə ağılları azır. Nəriman belələrindən idi. Uşaqların gözləri qarşısında arvadını, qayınanasını, rəhmətlikləri bihörmət edir, hətta Pərvinə əl qaldırırdı.
Pərvin bu gün qət etmişdi. Nərimanın bütün pisliklərinin əvəzini çıxacaqdı. O, cəld ayağa qalxıb sinəbəndini açdı. Qarşıda bədənnüma güzgü vardı. Baxdı və çılpaq bədənini gördü. Utandı. O, acığa iş görürdü. Bu, beş-on dəqiqə çəkəcəkdi. Fəqət bu işin qəbahəti illərlə sürəcəkdi. O, Nərimanın gözlərinin içərisinə baxaraq ürəyində: “Səndən qisasımı aldım!” – deyəcəkdi. Bəs övladlarının gözlərinə də çəkinmədən baxa biləcəkdimi? Qızı Çiçək universitetdə oxuyurdu. Sabahda, birisi gündə ona elçi gələcəkdi. Məsum qız xəbər tutmasa da, Pərvin onun yanında özünü ləkəli biləcəkdi. Bu gün bu addımı atmalı olsa, təkcə Nərimanın deyil, hələ orta məktəbdə təhsil alan oğlu Farizin də namusuna ləkə gətirəcəkdi. Bəs nəslinin? Onların da namusu ləkələnəcəkdi. Həm də bu sirr nə vaxtsa açıla bilərdi. Deməli, o, səksəkədə yaşamalı olacaqdı. İnsanlar çiy süd əmiblər. Bəzilərinin çörəkləri dizlərinin üstündədir. Pərvin Dəmiroğlunun yatağına girsə, ölənə kimi ləkəli qalacaq, iztirab çəkəcəkdi.
Bir dəfə Nəriman anasının yanında söyüş söyəndə Pərvin özündən çıxıb: “Yaxşı baxarsan, bu heyfi səndə qoymayacağam!” – deyə ərinə hədə gəlmişdi. Tək qalanda Səriyyə arvad üzünü Pərvinə tutaraq: “Qızım, adam acığa iş görməz! Belə işin ziyanı daha çox adamın özünə dəyir” - demiş və nümunə gətirmişdi.
Dəmiroğlu qurulanıb qurtarmışdı. Ətirlənib saçlarını darayırdı. O, vanna otağından çıxanda Pərvini ayaq üstə, geyinmiş vəziyyətdə gördü. Dəmiroğlu nə hadisə baş verdiyinin fərqinə varmağa macal tapmamış Pərvin mənzilin qapısını açıb çölə çıxdı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər