17:16 / 30-10-2025
Hindistan Rusiya neftini əldə etməyin yolunu tapıb
17:06 / 30-10-2025
Millimiz Moldova ilə heç-heçə edib
16:57 / 30-10-2025
ABŞ-nın nüvə sınaqlarına Rusiyanın münasibəti necədir?
16:56 / 30-10-2025
Bakıda 66 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
16:52 / 30-10-2025
Yeni parça gündəlik həyatı asanlaşdıracaq - Foto
16:42 / 30-10-2025
“Rosneft”-in törəmə şirkətini ələ keçirmək istəyirlər
16:34 / 30-10-2025
Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışıb
16:17 / 30-10-2025
General: Pokrovskdakı rus birliklərini məhv edəcəyik
16:12 / 30-10-2025
Ukraynada daha bir azərbaycanlı həlak olub
15:54 / 30-10-2025
Çin TikTok-da ABŞ ilə əməkdaşlıq edəcək
15:41 / 30-10-2025
Rusiyanın Vinnitsaya hücumunda 7 yaşlı qız həyatını itirib
15:13 / 30-10-2025
Prezident icra başçısını vəzifədən azad edib - Sərəncam
15:07 / 30-10-2025
Şəhid Aydın Nuriyevlə vida mərasimi keçirilib
14:57 / 30-10-2025
Daha bir vəzifəli şəxsin adı Ramiz Mehdiyevlə hallanır
14:49 / 30-10-2025
Saleh Səmədovun bir qardaşı həbs edilib, digəri axtarışa verilib
14:41 / 30-10-2025
İlham Əliyev Ermənistandakı sammitə qatılmayacaq
14:33 / 30-10-2025
Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Fotolar
14:16 / 30-10-2025
Eldar Əzizov məmurlara xəbərdarlıq edib - Müşavirə
13:58 / 30-10-2025
Ağdərəyə növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:53 / 30-10-2025
Saxlanılan icra başçısı nazir müşavirinin dayısıdır
13:46 / 30-10-2025
Azərbaycanlı milyarder “Lukoyl”dakı xarici aktivlərini satır
13:39 / 30-10-2025
Dünyanın qızıl ehtiyatı azalıb - Foto
12:38 / 30-10-2025
Baş redaktor saxlanılıb - Əməliyyat
12:18 / 30-10-2025
Monteneqroda antitürk və anti-Azərbaycan əhval-ruhiyyəsinin səbəbi nədir?
12:16 / 30-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:06 / 30-10-2025
Saxlanılan icra başçısının qızı məhkəmə hakimidir
11:57 / 30-10-2025
Şəhid Fikrət Əzizovla vida mərasimi keçirilib
11:39 / 30-10-2025
Bakıda üç nəfərin üzərinə çinar ağacı aşıb
11:27 / 30-10-2025
İcra başçısı saxlanılıb - DTX əməliyyat keçirib - (Yenilənib)
14:34 / 29-10-2025
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
20:19 / 27-10-2025
Nazir Emin Əmrullayevə bir neçə sual
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
11:43 / 29-10-2025
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
15:13 / 30-10-2025
Prezident icra başçısını vəzifədən azad edib - Sərəncam
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
12:22 / 27-10-2025
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
17:45 / 29-10-2025
Ukraynanın iki şəhəri mühasirəyə alınıb
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
Adilxan evlənmək istəyir - Akif Abbasov yazır
Tarix: 02-04-2024 14:34 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(“Aldanma sözlərə” romanından)
İmkanına görə kənd cavanları içərisində Adilxan hamıdan seçilirdi. Atası Cəfərxan uzun müddət sovxoz direktoru işləmiş, dar gün üçün xeyli sərvət toplamışdı. Xalq arasında deyildiyi kimi, “bircə donuzu əskik idi”. İnsafən, zəhmətkeş, iş bacaran, təşkilatçı adam idi. Savxozda işləri elə qururdu ki, camaat da kənardan baxıb barmağını sormasın. Çalışırdı ki, onlar da beş-on manatın sahibi olsunlar.
Cəfərxanın gecə-gündüz dincliyi yox idi. At belində, “Niva” avtomaşınında sahələri gəzir, əkinin, biçinin vəziyyətinə, fermada mal-heyvanın halına, yeminə fikir verirdi. Onun tələbkarlığını bildiklərindən fəhlələr də işə barmaqarası baxmırdılar.
Şura hökuməti dağılandan sonra da o, əlini əlinin üstünə qoyub oturmadı. Fermer təsərrüfatı yaratdı. Qoymadı ki, kəndçiləri “neyləyim, necə eyləyim”,- dilemması qarşısında qalsınlar. O vaxtlar olanını-qalanını xərcləyib, pulsuz-parasız qalmışdılar. Bağ-bostanlarının məhsulunu kənara çıxarıb sata bilmirdilər. Bazara gələn camaatın alıcılıq qabiliyyəti aşağı idi. Yükün daşınması baha başa gəlirdi. Yolları kəsib polis işçiləri gəlib-gedəni soyub talayırdılar. Məhsul qapılarda qalıb xarab olurdu. Cəfərxan belə dar gündə həmkəndlilərinin dadına çatdı. Fermer təsərrüfatında hərəsinə bir iş verdi. Qaçqınlar, köçkünlər kəndə pənah gətirəndə onlara da əl tutdu. Fermer təsərrüfatı get-gedə böyüdü. Cəfərxanın işləri yaxşı gedirdi. Lakin başı təsərrüfata qarışdığından, heç bir şeydə çətinlik çəkməyən oğulları hazıryeyənə çevrilmişdilər. İki oğlu, bir qızı vardı. Qızını yerbəyer eləmişdi. Öz əli, öz başı idi. Qızı sarıdan nigaranlığı, narazılığı yox idi. Oğlu Fuad bir müddət buralarda avaralıq edib Rusiyaya getmişdi. Orada alver eləyirdi. Anaşa üstündə ilişib, dörd il həbs cəzası almışdı. İkinci oğlu Adilxan rayon mərkəzindəki institut filialında oxuyurdu. Adına oxumaq demək olardısa. Cəfərxan burada ona ikiotaqlı mənzil də almışdı ki, kirayələrdə can çürütməsin. Bir “Jiquli” də altına qoymuşdu ki, kənd-kəsəyə gəlib-gedə bilsin.
Ata əlləşib-vuruşur, qayğı göstərir, oğul qədir-qiymət bilmir, pulları sağa-sola xərcləyirdi. Kefi kök idi Adilxanın. Cəfərxan oğlunun avara həyat keçirdiyini gördükdə tüstüsü təpəsindən çıxır, bu işdə özünün də təqsirli olduğunu başa düşürdü. Nə etsin? Pul verməsin? Evi çapıb aparacaq. Maşını əlindən alsın? Evdən qovsun? Bütün bunlar yaranmış vəziyyətdən çıxış yolu deyildi. Nə deyərdilər ona? Guya belə etsə, Adilxan yola gələcəkdi? Bəlkə evləndirsin? Kimin qızını bədbəxt etsin? Ondan arvad saxlayan çıxar? Nə demək olar? Bir də gördün ailəsinə bağlanıb qıçını qatlayıb oturdu. Uşağı olar, məsuliyyəti artar. Təki olsun. Bu qırışmalın qarşısını tezliklə almasam - gec olacaq, qardaşının gününə düşəcək. “İşə bir bax. Camaat bu ağır zəmanədə ailəsinin çörəkpulunu qazanmaq üçün gecə-gündüz əlləşir. Bu nankor isə əlini ağdan qaraya vurmadan şah balası kimi yaşayır, min əziyyətlə topladığım pulları “uf” demədən səpələyir”.
Cəfərxan tapşırdığı kimi, bu dəfə Adilxan kəndə gələndə Mərziyyə onunla söhbət etdi:
- Sənin tay-tuşların ev-eşik sahibidir. Səninlə eyni vaxtda instituta girənlər artıq orada-burada özlərinə iş tapıblar. Sən isə hər kursda bir il qala-qala, günü keçirirsən. Axırda bir də gördün oxuduğun məktəbə sənin adını veriblər. Gecə-gündüz maşından düşmürsən, buradan vurub, oradan çıxırsan.
Anasının ürəyinin dolu olduğunu görən Adilxan sakitcə qulaq asır, eyni zamanda başa düşürdü ki, o, bu söhbəti nahaq açmayıb. Sözlü adama oxşayır. Odur ki, soruşdu:
- İndi təklifin nədir, ay ana?
Mərziyyə yerini rahatlayıb ağır-ağır dedi:
- Bala, atan da, mən də qocalmışıq, sənin əl-ayağını yığmağın vaxtıdır. Belə yaşamaq olmaz. Deyirəm, gəl, səni evləndirək.
Evlənmək, rayon mərkəzində cavan qızlarla gün keçirən, barlarda, diskotekalarda əylənən Adilxanın yadına belə düşmürdü. Subaylığı, bəziləri kimi, sultanlıq nədir, lap prezidentlik sayırdı. İndi anasının təklifinə gülməyi tutdu:
- Hələ tez deyil, ay ana?! Mənim nə yaşım var?! Görmürsən hələ ana uşağıyam. Xərcliyimi də dədəm verir.
- Tez niyə olur, ay oğul?! Xərcliyinizi də bir müddət atan çəkər. İşlərsən, öz əlin, öz başın olar.
Adil ipə-sapa yatmayaraq:
- Deyirsən, arvadımı da dədəmin pulu ilə saxlayım? - dedi.
Mərziyyə pərt və dilxor halda:
- Daha başımıza haranın külünü tökək?! – dedi. - Belə də yola gəlmirsən, elə də. Bir işin qulpundan yapışmırsan. Yaxşı, oxuya-oxuya işləyərsən.
- Nə vacibdir, ay ana?… Yaxşı, yaxşı, qaş-qabağını tökmə… Dədəmlə sən bəs kimi alırsınız mənə?
Mərziyyə onun yola gəldiyini düşünərək daxili bir sevinclə:
- Ay bala, sən zəmanə uşağısan. Qorxuram əlimizi birinə uzadaq, dodaq büzəsən. Özün kimi bəyənsən, onun da qapısını döyəcəyik. Amma, ay oğul, yadında saxla. Biz nəsildə nə arvad boşayan, nə də ərindən boşanan olub. Eləsini tap ki, sonra peşmanlıq olmasın. Sənin ipinin üstünə odun yığmaq müşkül bir işdir. Biz bəyənərik, sonra hər an başımıza qaxarsan.
Anasının sözlərini qəribçiliyə salsa da “Jiquli”yə əyləşib rayon mərkəzinə qayıdan Adilxan istər-istəməz düşünməli oldu:
“Bəlkə anam doğru buyurur. Gec-tez evlənməliyəm. Burada pis nə var ki?”
Doğru deyiblər ki, söz təsirsiz qalmır. Adilxan fikrə getdi: “Bəs kimi alım?”
O, indiyə qədər kənd qızlarından heç kimi bəyənməmişdi. Sadəcə, özünə yaraşdırmırdı: “Nə qədər bəzənib-düzənsələr də, elə kəndçidirlər ki, kəndçi”.
Lakin indi əvvəlcə kənd qızlarını birər-birər yadına saldı: “Uzağa niyə gedim? Sərfəlisi olsa, alım, qoyum başımın altına. Anamın yanında qalacaq. Oğul-uşaq böyüdəcək. Mən də öz kefimdə olaram. Arvad məni şəhərdən qaçaq salmayacaq ki… Yenə bir ayağım oralarda - barda, saunada, restoranda, əyləncə, kef məclislərində olacaq. Kimi nişan verim bəs? Nazlını? Sir-sifəti pis deyil. Amma burnu bir az yekədir. Pərini? Bər-bədəninə söz ola bilməz. Amma deyirlər yatanda xoruldayır. Əsməri? Evdə bir sürü uşaqdırlar. Lüt Qasımın canı üçün. Basıb özümüzü yeyərlər. Bənövşəni? Arxası çox iridir. Hərdən yoldan ötən baxır. Sabah evləndim toya-bayrama aparanda gərək qolumu çırmalayıb onunla-bununla davaya çıxım. Nazpərini? Qıçları çox nazikdir. O biri qızlar da çöl-bayırda alaq, pambıq yığmaqdan, mal altı təmizləməkdən kor-kobud olublar. Yatağa girəndə elə biləcəksən kişi yanında uzanıbsan.
İndi keçək institutdakı qızlara. Vid-fasonlarına söz ola bilməz. Amma bəzilərindən arvad çıxmaz. Bir qismi qıçlarını, bir qismi sinələrini nümayiş etdirir. Kef çəkmək üçün yarananları da var, ayağı sürüşgənləri də, özünü oxumaqdan ötrü öldürənləri də.
Adilxan özündən o qədər bədgüman idi ki, hərədə bir eyib tapırdı. Ona qız bəyəndirmək çətin idi. Birdən Adilxanın yadına yaxınlarda olmuş bir hadisə düşdü. Özünü kənddəki oğlanlara, qızlara göstərməyi xoşladığından maqnitofonun səsini qaldırıb dodağında siqaret maşını kənd yolu ilə asta-asta sürürdü. Bir gün əvvəl yağış yağmışdı. Ətrafda hələ də su gölməçələri vardı. Gözləri çayxanada əyləşən cavanlarda qaldığından (Əlifağanı axtarırdı) təkər çökəyə düşüb suyu ətrafa sıçratdı. Üst-başı islanmış cavan qız diksinib tərs-tərs Adilxana baxdı. Amma bir söz demədi. Adilxan halını pozmasa da, üzr istəməyi özünə borc bildi. Qız xoşagəlimli idi. Heç kənd qızlarına oxşamırdı. Adilxan nəzərləri ilə qızı müşayiət etdi. Qız, addımlarını yeyinlədib məktəb binasına daxil oldu. İndi isə qız qoltuğunda bir dəstə dəftər məktəbdən gəlirdi. Əlifağadan öyrənmişdi ki, o, məktəbdə müəllim işləyir. Adı da Əzizədir. Birdən Adilxanın qanı qıza qaynadı: “Bəlkə axtardığım elə budur. Kasıb ailədəndir, qaçqındır. Papağımı hərləsəm, yalvara-yalvara gəlib girəcək topdağıtmaz evimizə”.
Əzizə maşının bərabərinə çatanda Adilxanın başını pəncərədən çıxarıb:
- Salam, müəllimə, oturun, sizi aparım, - dedi.
Tanımadığı gəncin təklifi Əzizəni haldan çıxartdı, onun sırtıqlığı xoşuna gəlmədi. Lakin o, müəllim, tərbiyəçi idi. Gərək təmkinini pozmayaydı. Odur ki:
- Sağ olun, ehtiyac yoxdur, - deyib ötdü.
Tində dayanmış cavanlar bir-birlərinə baxıb qımışdılar. Kimsə:
- Bu Adilxan elə bilir ki, maşını var deyə, kimə əl eləsə qaçıb onun boynuna sarılacaq.
Başqa birisi:
- O, Əzizə müəlliməni yaxşı tanımır.
Adilxan rayon mərkəzinə getməyib, yarı yoldan geri qayıtdı. Maşını həyətə salıb çıxdı. Ora-bura dəydikdən sonra Əlifağanı tapdı. Dərdləşmək istəyirdi. Adilxan axtardığına rast gəlmişdi. Əzizə ciddi, ziyalı, tərbiyəli qız idi.
O gündən Adilxan kənddə çox ləngiyir, şəhərə getməyə tələsmirdi. O qızları ələ almaqda usta idi. Şirin dilini işə salıb onları yoldan çıxarır, bir müddət əyləndikdən sonra gül kimi qoxulayıb atırdı. Bəzi qızlar onun toruna asanlıqla düşürdülər. Doğru deyiblər ki, oğlanlar gözləri ilə, qızlar isə qulaqları ilə sevirlər. Bir-iki xoş sözdən, tərifdən ötrü qızların ürəyi gedir. Onların bu zəif tərəflərini bilən oğlanlar da bundan istifadə edirlər.
Utanıb-çəkinmədən xoşuna gələn qıza eşq elan edən Adilxan Əzizəyə bu nəzərlərlə baxa bilmirdi. Heç olmasa, kəlmə kəsməyə belə cəsarəti çatmırdı. Öz-özünə təəccüb etməyə başlamışdı. “Yağlı dillərin nə oldu, Adilxan? Çox döşünə döyürdün. Tələbə yoldaşlarınla mərc gəlib istədiyin qızla tanış olurdun. İndi buyur, məharətini göstər”.
Əzizə tində dayanan forslu, özündən razı gəncin gözlərini ondan çəkmədiyini görür, özünü o yerə qoymurdu. Adilxan kimi gənclər onun maraq dairəsindən çox-çox uzaq idi.
Nəhayət, bir gün Adilxan canını dişinə tutub qıza yaxınlaşdı və ürəyini açdı. Lakin həyəcanlı olduğundan dili topuq çaldı. Bilmədi nədən başlasın:
- Anam məni evləndirmək istəyir …
Əzizə həyalı, ciddi qız olsa da, hazırcavab idi:
- Təbrik edirəm. Bəs nə durmusan, evlən. Maşallah, şəkil kimi oğlansan.
Adilxan qızardı:
- Mənə deyib özümə qız seçim.
Əzizə özünü o yerə qoymayıb dedi:
- Bəs bunu mənə niyə deyirsən? İstəyirsən, qız seçməkdə sənə kömək edim?
Adilxan çaşdı:
- Kömək?! Yox, qız tapmışam.
- Mən elçi getməliyəm?
Adilxan özünü lap itirdi. Heç cür söhbətləri alınmırdı. Odur ki, birbaşa mətləbə keçdi:
- Mən sizi seçmişəm.
Əzizə təəccüblə:
- Axı mən səni tanımıram.
Adilxan ürəkləndi:
- Burada çətin nə var ki? Tanış olaq. Mən Cəfərxan fermerin oğluyam… İnstitutda oxuyuram.
Əzizə onu tanıdığını büruzə verərək:
- Cəfərxan kişinin əziz-xələf oğlu, demə, sən imişsən. Mən də bu məktəbin müəllimiyəm. Tanış olduq, bu qədər kifayətdir.
Adilxan yenidən çətin vəziyyətə düşdü:
- Bəs mənə sözünüz nə oldu?
Əzizə ötkəm:
- Bundan artıq tanışlıq, məncə, əbəsdir. Sağ ol. Ünvanı səhv salmısan: Yenə axtar.
Adilxan nəsə demək istədi. Əzizə uzaqlaşdı. Oğlan baxa-baxa qaldı.
Qızın özünü tox tutması, ona məhəl qoymaması Adilxanın inadını daha da artırdı. Qəti qərara gəldi: “Öldü var, döndü yoxdur. Qız mənim olmalıdır”.
Bu vaxta qədər o, elə bilirdi ki, var-dövlət yiyəsi olduğundan kimə barmağını uzatsa, ona arvad olacaq. Kəndin yarısına onun atası çörək verir. Əzizənin anası Fatma da Cəfərxanın təsərrüfatında işləyirdi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək