21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Cəsarət - Akif Abbasov yazır
Tarix: 15-03-2024 13:50 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Redaktor müavini uzun, arıq bir adam idi. Gözünə nuh əyyamından qalma eynək taxmışdı. Bu adamın başında tük var deyə nümunə üçün axtarmaq istəsəydin - tapılmazdı.
Bir-bir şöbələri gəzdilər. O, Rəşidi redaksiyanın əməkdaşlarına belə təqdim etdi:
- Jurnalist fakültəsini bu il bitirib. Təyinatını redaksiyamıza veriblər.
Sonra onun yerini göstərdi. Məktublar şöbəsi ilə sənaye şöbəsi bir otaqda yerləşirdi. Rəşidin şöbə müdiri cılız kişi idi, olardı 37-38 yaşlarında.
Otaqda iki qız əyləşirdi. Biri məktublar şöbəsinin müdiri Zülfiyyə, o biri ədəbi işçi Tahirə.
Rəşid Tahirə ilə qonşu stolda əyləşdi.
Otaqda Səməd Vurğunun və Fərman Salmanovun iri portretləri vurulmuşdu. Redaktor müavini Tahirəni Rəşidə belə təqdim etdi: «Diddi-dilavər qızdır. Səninlə zarafat etsə, incimə».
Aradan az keçmişdi, çox keçmişdi içəriyə uzun kəmərli əl çantasını yelləyə-yelləyə bir qız girdi. Rəşidin maraqla baxdığını görən Nadir Həmidli başını qaldırıb ona göz vurdu: yəni gəldi. Həmin qız dil-boğaza qoymadan:
- Salamlar olsun!.. Yaxşı-yaxşı xəbərlər gətirmişəm. Hərçənd ki, səhər tezdən salam vermişəm, indi təkrar etməyimin özgə səbəbi var. Bu təzə yoldaşa aiddir. Xoş gəlib. Cavan kadrdır, kömək edərik, işləyər. Ancaq bir az o məsələ… Tələbə olarkən az yeyib-içib. Yaman arıqdır.
Rəşid də ürəyində: «Elə sənin də, deyəsən, o məsələ… Bir az başın çatmır», - deyə fikirləşdi.
Nadir müəllim:
- Azz, nə olub? Dilotu yemisən?! Qoy Rəşid müəllim hələ bir redaksiyanın atmosferinə uyğunlaşsın da… - dedi.
Tahirə yenə zarafatından qalmadı:
- Elə atmosferə uyğunlaşdırıram… - Sonra gülə-gülə keçib yerində əyləşdi. «Azərbaycan» jurnalının təzə nömrəsini vərəqləməyə başladı.
İlk gündən Rəşidin qaraqabaq olduğu göründü. Şöbə müdiri Nadir Həmidlinin dediyi obyektlərdən xəbərlər toplayır, başını aşağı salıb onları işləyirdi. O, lap əvvəldən utancaq idi. Universitetdə oxuyanda bunu tez-tez onun üzünə vurardılar: «Gərək jurnalist utancaq yox, diribaş ola…»
Rəşid sir-sifətdən pis deyildi. Tərifləmək olmasın, qapqara, şəvə kimi saçları, ağ və azca uzunsov sifəti vardı. Güləndə ordunda çökək yaranırdı. Amma bununla belə, qızlardan uzaq durardı. Utancaqlığın üzü qara olsun. Qızlar da bu heyfi onda qoymazdılar: «Sevirəm səni, Rəşid. O qara telindən mənə yadigar versən, dünya dağılmaz ki». Ya da “ey dili-qafil, sənin dərdindən Leyli olan qızlar var”,- kimi məktublar alırdı.
Bir dəfə universitetin dəhlizində beş-altı qız dayanıb söhbət edirdi. Rəşid onlara yaxınlaşanda bir topa gözün ona zilləndiyini görüb özünü itirmiş, yanından keçən oğlanla toqquşub yerə yıxılmışdı. Qızlardan bir gülüşmə qopdu ki, gəl görəsən…
Tahirə Rəşidə qarşı biganə deyildi. Rəşidin nəzərləri qapıya yönələndə durub sındıra-sındıra o biri otağa keçirdi. Yaxud makina otağında zorla öz diktə növbəsini ona verirdi.
Rəşidinsə könlünə Zülfiyyə yatmışdı. Pis qız deyildi, adama yapışqanlı idi. Çatma qaşları, uzun kirpikləri vardı. İlk baxışdan hiss edilməsə də, diqqətlə fikir verdikdə gözlərinin dərinliyində bir kədər gizləndiyini duymaq olardı. Mütənasib biçimli bədəni vardı. Sadə, lakin son dərəcə səliqəli və zövqlə geyinirdi. Cürəti çatsaydı, yaxınlaşıb deyərdi: «Səninlə evlənmək istəyirəm. Razı ol, elçi göndərim».
Kimsə deyirdi sevgilisi Zülfiyyəyə xəyanət edib. Qızı onu sevdiyinə inandıraraq bir başqası ilə görüşüb. İlk eşqi daşa toxunan qızı Rəşid kimi utancağın biri necə inandırsın ki, doğrudan da onu sevir.
Həyatda yaramaz gənclər heç də az deyil. Qızla tanış olur, inandırır ki, ondan ötrü ölür, onsuz gecəsi-gündüzü yoxdur. Gəzib-dolanırlar. Guya bir-birlərinin xasiyyətinə bələd olurlar. O kinoteatr sənin, bu kinoteatr mənim, orada bir az söhbət, burada bir az dodaq görüşü. Elə ki kinoteatrları, parkları gəzib qurtarır, “xasiyyətimiz tutmadı”,- deyib ayrılır. Ara yerdə utancaq oğlanların bazarı bağlanır. Gəl indi məhəbbətindən yarımamış belə qızları inandır ki, onu həqiqətən sevirsən.
Rəşid qəzetin köhnə nömrələrini nəzərdən keçirərkən Zülfiyyənin «Sevməyə nə var ki…» hekayəsi rastına çıxdı. Tələsik oxumağa başladı. Elə bil redaksiya universitet idi, əyləşdiyi otaq da seminar məşğələsi keçirilən auditoriya. Müəllim mövzunun ardını Rəşiddən soruşacağını elan etmişdi. Evdə üzünə baxmadığından burada tələsik oxuyurdu. Sonra hekayəni təkrarən oxudu. Bu dəfə hər cümləsinə yox, hər sözünə fikir verirdi. Yaxşı yox, əla yazılmışdı. Əsərin qəhrəmanı uzunsaçlı, qaraqabaq, ismətli Gülşənin yerində onu gördü – Zülfiyyəni. «Uşaq təzə alınmış oyuncağın yaman hərisi olur, ana! Onu əzizləyir, yoldaşları ilə onun üstündə dalaşır. Çünki yenidir, əlinə təzə düşüb. Sabah atası, ya da anası başqa birisini alsa, dünənki oyuncağa gözünün ucu ilə də baxmaz. Məni qınama, anacan. Mən Vahidi sevə bilmərəm. Onun kimi oğlanlar qızlarla uşaq oyuncaqla rəftar edən kimi davranırlar. Bir gün, beş gün… Elə ki başqası rastına çıxdı, «Səni sevirəm» kəlmələri bu dəfə həmin qızı bağrına basır. O kəlmələrin şirinliyi yazığın ağlını başından alır…»
Rəşid hekayədən təsirlənmişdi. Hekayə yavaş-yavaş xasiyyətinə bələd olmağa başladığı Zülfiyyəni onun gözlərində daha da ucaldırdı.
Rəşid düşüncələrinin pəncəsindən güclə qopdu. Barmaqlarının arasında tutduğu süzgəcli siqaret çoxdan yanıb qurtarmış, külü stolun üstünə tökülmüşdü. Xoşbəxtlikdən içəridə başqa adam yox idi. Onun dərin fikrə getdiyini, sarsıntı keçirdiyini görən olmamışdı. Rəşid saatına baxdı. Altıya az qalırdı. Bu vaxtlar, adətən dərsdə olar, mühazirələrə qulaq asardı. Sonra tələbə dostlarla özünü kafeyə salardı. Eh, tələbəlik də bir həyatdır. İki aya yaxındır ki, işləyir. Daha axşamüstülər kafeyə yox, evə, ev xörəklərindən dadmağa tələsir. Həyat doğrudan da qəribədir!
Rəşid stolun üstünə dağılmış ağ və cızma-qaralı kağızları dəstələyib çantasına qoydu və ayağa qalxdı. Əməkdaşlar yavaş-yavaş dağılışırdılar. Qapının ağzında qeyri-ixtiyari ayaq saxladı. Beynindən ildırım sürətli bir fikir keçdi. Zülfiyyəyə ürəyini açsın. Özünə ürək-dirək verirdi. Eyni zamanda bilirdi ki, heç cür özünü ələ ala bilməyəcək. Budur, Zülfiyyə ağır addımlarla yanından ötüb keçir:
- Sağ olun!
Nə qədər məlahətli səsi var! Rəşid donub qalır. Öz-özündən utanır. Ona elə gəlir ki, burada nə üçün dayandığını Zülfiyyə başa düşmüşdür. Geri dönür, guya içəridə nəyisə unudub. Tahirə ilə üz-üzə gəlir:
- Müxbir qardaş, hara? Səhərdən qapıda məni gözləyirdin? Bu saat…
«Əcəb ilişmədim»… - Hə, burada…
Tahirə onun sözünü kəsir:
- Bağışla, xahiş edirəm, bu günkü nömrələrdən beş-altısını götürüm. Rəfiqəmin yazısını vermişəm. Evə gedən kimi aparmağa gələcək.
Onlar birlikdə çıxdılar. Çöldə bürkü idi. Səhərdən bəri ətrafa od ələmiş günəş sanki usanmış, qürub etməyə başlamışdı. Rəşidin lal-dinməz addımladığını görən Tahirə soruşdu:
- Nə fikrə getmisən?
Rəşid:
- Heç, - deyə cavab verdi.
Onun qızla yol getməklə əvvəldən arası yox idi. Özünü sərbəst hiss etmir. Özünü dedikcə boğur. Ayağının altından elə bil yer qaçır. Adamın yerişi də dəyişir. İllah ki, kənardan baxan olduğunu görəndə.
Rəşidin qənaəti belə idi. Bəlkə də bu mülahizə onun tipli, onun xasiyyətli adamlara məxsusdur. Bunu ayırd edə bilmir.
Rəşid Tahirə ilə yol yoldaşı olarkən bu hissləri yaşayırdı. Utandığından ondan bir qədər aralı gedir, tanış qızlarla, yaşlı adamlarla rastlaşanda, onların diqqətlə baxdıqlarını görəndə baxışlarını yana qaçırırdı.
Günlər Kür çayının oynaq ləpələri kimi bir-birini qovurdu. Tahirə ilə, demək olar ki, hər gün evə bir dönürdülər. O, Rəşiddən əvvəl getməzdi. Rəşid yerindən qalxanda ondan əvvəl hazır olardı. Rəşid daha sıxılmırdı. Hətta onunla söhbətə də girişirdi. Bir dəfə hətta parkın içərisilə gedəndə oturacaqların birində yanaşı əyləşmiş (Rəşiddən çıxmayan iş!), xəfif-xəfif əsən küləyin, yarpaqların nəğməsi əhatəsində Kürə tamaşa etmişdilər. Buna Rəşidi Tahirə sövq etmişdi:
- Yorulmuşam, Rəşid, mümkünsə azca dincələk.
Rəşid də razılaşmışdı:
- Nə deyirəm ki…
Bir dəfə Rəşidin ağlına belə bir fikir gəldi. İndi ki, Zülfiyyəyə ürəyini aça bilmir, desin Tahirəyə, o da Zülfiyyəyə çatdırsın. Desin ki, Rəşid səni sevir.
İşdən sonra gəzə-gəzə gəlib çıxdılar parka. Həmin oturacaqda əyləşdilər. Uzun söz-söhbətdən sonra:
- Tahirə, sənə bir söz demək istəyirəm, amma utanıram, - dedi.
Tahirə əli ilə onun ağzını qapayıb:
- Lazım deyil, bilirəm nə deyəcəksən…
Bu sözlərdən sonra Tahirə başını aşağı saldı.
Rəşid sözünə davam etdi:
- Bilirsən, demək istəyirəm ki…
Tahirə yenə də mane oldu. Rəşid də demədi.
Rəşidin öz-özünə acığı tuturdu. Gecələr narahat yatırdı. Beynini yoran suallara kitablarda cavab tapmaq istəyirdi. Son zamanlar stolunun üstü məhəbbət ətirli romanlarla dolu olurdu. Corc Sandın «İndiana» əsərindən bəzi sətirləri yazıb götürmüşdü: “Əgər kişi öz məhəbbəti barədə ağıllı danışa bilirsə, bu, bir həqiqətdir ki, o ürəkdən vurulmamışdır…”
Demək, Rəşid ürəkdən sevirdi. Amma bu nə vaxt bəhrə verəcək? Utancaqlığı bir zaman ona imkan verəcəkmi ürəyini sevdiyinə açsın? Kitabları vərəqləyərkən başqa bir fikrə rast gəldi: “Cəsarət qələbənin açarıdır!” Rəşid öz-özünə fikirləşdi: «Hanı məndə o cəsarət? Allah məni niyə belə utancaq yaradıb? Görəsən, niyə gözəlliyin, məhəbbətin qarşısında qolubağlı, dilsiz-ağızsız qul doğulub?».
Nəhayət, qəti qərara gəldi. Zülfiyyəyə məktub yazıb, ya gizlincə çantasına atsın, ya da Tahirə ilə çatdırsın. Oturub yazdı. Məktubu bu sözlərlə bitirdi: «Onu da bilin, həyatımda yeganə qızsınız sizə məktub yazıram. Sözlərimə şübhə etməyə bilərsiniz. Bilmək istəyirəm, görüm, həsrətiylə qovrulduğum qız da məni sevəcəkmi? Bəlkə də sizin ürəyinizdə mənə yer yoxdur. Açıq yazın. Mən qarşılıqlı sevgini alqışlayıram. Əvvəlki sevginizin uğursuz taleyi məni bu məktubu yazmaqdan çox çəkindirdi. Amma ürəyə zor etmək olmur. Tez-tez düşüncələrimin pəncəsində donduğum üçün yuxarıdakı sətirləri yazıb hisslərimi ifadə edə bildiyim üçün sevinirəm. Lakin necə olursa-olsun, ürəyin çırpıntılarını kağıza köçürməkdə qələm də acizdir, bu sətirlərin müəllifi də. Hörmətlə R. …”
Məktubu büküb cibinə qoydu. Qərara gəldi ki, məsələni hökmən bu gün həll etsin. Məktubu Zülfiyyənin çantasına qoymağa macal tapmasa, Tahirə ilə çatdırsın.
Belə imkan ələ düşmədi. Axşamtərəfi Tahirə ilə parka tərəf getdilər. Qız yol uzunu söhbəti Rəşidin oçerklərindən saldı:
- Rəfiqələrim qəzeti alan kimi imzanı axtarırlar. Deyirlər, yaxşı qələmi var. Ancaq son zamanlar nədənsə az-az yazır.
Rəşid bir səbəb tapmadığından zarafata saldı:
- Yəqin tənbəlliyin əlamətidir…
- Keçən yazında yaxşı bir fikir işlətmişdin. Görüm necə idi?! Hə, «İstedad şəraitin qucağında qanad açır».
Tahirə Rəşidin hər kəlməsində dərin məna gəzirdi və xoşa gələn bir şey tapan kimi onun nəzərinə çatdırırdı. Həmin sözləri Zülfiyyə desəydi, Rəşid çox məmnun olardı, çünki o, hər şeyə tənqidi, həyati yanaşırdı. Həm də…
Tahirə isə tərəfgördülük edirdi. Onun misal çəkdiyi fikir çox da bitkin deyildi. Sadəcə, yerini şirin salmaqçın elə deyirdi.
- Yox, Tahirə, şəraitə həlledici baxma. İstedad istedad olaraq qalır…
Tahirə dodaqlarını büzdü:
- Özün belə yazırsan …
Rəşid gülümsəyərək dedi:
- Yəqin hərf səhvi gedib.
Yenə həmin yerdə əyləşdilər. Tahirə nə barədəsə söhbət edirdi. Rəşidin fikri Zülfiyyənin yanında idi. Rəşidin nəzərində o, qeyri-adi xilqət idi. Artıq hərəkətə yol verməz, kimsənin xətrinə dəyməzdi. Danışanda da, yazanda da sözün qədrini bilərdi. Gülmək də, acıqlanmaq da, ciddi görkəm almaq da ona yaraşırdı. Rəşid bircə onun qüssəli, kədərli olmağına, arabir fikrə getməyinə alışa bilmirdi. Bu ilahi varlığın dərd çəkməyi Rəşidi ağrıdırdı. Adətən belə bir hiss özünə ən yaxın adama münasibətdə baş qaldırır. Zülfiyyə Rəşidin nəzərində bir kitabdır. Bu kitabın qəhrəmanlarından biri isə məhəbbət.
- Niyə dinmirsən?
- İncimə, Tahirə, çox danışmaqla aram yoxdur, çox dinləməyi xoşlayıram.
Tahirə Rəşidə sığınmışdı. Oğlan bədənini yana əyməsəydi, onun başı Rəşidin çiyninə düşəcəkdi. Ətraf get-gedə qara donunu əyninə taxırdı. Qızın bədənindən Rəşidin bədəninə həlim bir istilik keçirdi. Külək qızın saçlarını tel-tel edib oğlanın sifətində gəzdirirdi. Zülfiyyə də, məktub da Rəşidin yadından çıxmışdı.
- Niyə belə soyuqsan, Rəşid?
Tahirə onun gözlərinin içərisinə elə süzgün nəzərlərlə baxdı ki… işdən onunla birgə gəlməsəydi, Rəşid elə bilərdi ki, o, sərxoşdur, haradasa içib. O baxışlar oğlanın ağlını başından qopardı. Tahirə onun əlini ovcunun içərisinə alıb:
- Nə zərif əlin var, - dedi, -əsl jurnalist əlidir. Tar çalmırsan ki?..
- Yox.
- Bu barmaqlar sanki mizrab tutmaq üçün yaranıb.
Yenə sükut… Rəşid bir istədi siqaret çıxarıb yandırsın. Lakin yandırmadı. Həm utandı, həm də qızı tüstüyə basmaq istəmədi. O, ömründə ilk dəfə idi ki, qızla belə yaxın oturmuşdu. Bu onu bihuş edir, onda qarşısıalınmaz hisslər oyadırdı. Bu ara Zülfiyyə gəlib gözü önündə dayandı. Sonra ağır-ağır keçib Tahirənin yerində əyləşdi. Rəşid yenidən hissə qapıldı.
- Rəşid, insafın olsun, axı mən səni sevirəm. Niyə mənə əzab verirsən, - deyə titrək səslə pıçıldadı.
Bunu o deyirdi. Zülfiyyə deyirdi. Rəşid nə vaxt onu qucaqladığını bilmədi. Özünə gələndə özünü itirdi. Sən demə, Zülfiyyə xəyal imiş. «Sevirəm» kəlməsini ona pıçıldayan Tahirə imiş. Qucaqladığı, şəkər öpüşlərə qərq etdiyi də o imiş.
O, əlilə başını tutub yerindən sıçradı:
- Bağışla məni, Tahirə, bağışla! Səhv etdim. Səni də, özümü də, Zülfiyyəni də aldatdım.
Rəşid tələsik xudahafizləşib yola düzəldi. Özü də hiss etmədən ayaqları onu çəkib Zülfiyyə yaşayan binanın önünə gətirmişdi. Dodaqları qəlbinə pıçıldayırdı: «Cəsarət qələbənin açarıdır!»
Rəşidin yadına gəlmir ki, nə vaxt telefon budkasına girib Zülfiyyəgilin nömrəsini yığıb:
- Bağışlayın, danışan Zülfiyyədir?! Xahiş edirəm, bir neçə dəqiqəliyə aşağı düşəsiniz, vacib bir məsələ barədə sizinlə danışmaq istəyirəm.
Bölməyə aid digər xəbərlər

(Hekayə)

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək