21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Yandım-yaxıldım... - Akif Abbasov yazır
Tarix: 02-03-2024 18:56 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(Hekayə)
Qurbanəli həşirdə idi. Oğlu Küt Beyinov orta təhsilini başa vurmuşdu. Ali məktəbə daxil olmalı idi. Küt özü istəməsə də, bu Qurbanəlinin arzusu idi.
Qonşular, qohumlar bəhsə girmişdilər. Övladları gərək institutda, universitetdə oxuya, ali təhsil diplomu alalar. Məktəblərdən də tələb olunurdu: neçə nəfər məzun ali məktəbə girib? Bu, bir növ məktəblər üçün əsas göstəriciyə çevrilmişdi. Məzunların universitet və institutlara az sayda qəbul olunması səbəbindən məktəb direktorlarının üzləri danlanırdı.
Qurbanəli rayonda hörmət-izzət sahibi idi. İmkanı da yetərincəydi. Övladı ali məktəbə qəbul oluna bilməsəydi, ona nə deyərdilər? Kütün soy adı Qafarzadə idi, amma savaddan kasad olduğundan yoldaşları ona Küt Beyinov deyirdilər.
Kütün özünə qalsaydı, heç 50 bal da toplaya bilməzdi. Qurbanəli çox düşündü, çox daşındı. Bakıda bir qohumu vardı. Maşına oturub onlara yollandı.
Mehman müəllim ali məktəblərdən birinin dosenti idi. Onun Qurbanəli ilə söhbəti tutmadı. Mehman müəllim daş atıb başını tutdu:
- Əvvəlki illərə baxma. İndi qəbulu Tələbə Qəbulu Komissiyası keçirir. Nəinki mən, bir qeyrisinin də bu işə qarışması qeyri-mümkündür.
Sonra Mehman müəllim əlavə etdi:
- Birdən kimsə bu işi boynuna götürsə, bil ki, yalan deyir, inanma.
Qurbanəli ayağa qalxdı. Qohumundan incimişdi. Məgər indi düzəlməyən iş var? Puluna minnət.
Mehman müəllim onun xətrinə elə dəymişdi ki, hətta Gülbacı xanımın gətirib qarşısına qoyduğu çayı da içməyib getdi.
Qurbanəli gümanı gələn bütün adamlara baş çəkdi. Bakıdan əli boş qayıtmayacaqdı ki...
Nəhayət, birisi bu işə boyun oldu. Nəcəfqulu idi. Sövdələşdilər. Qurbanəli rayona qayıtdı. Döşünə döy-döyə “Uşağın işini yoluna qoydum”, - deyib evdəkiləri arxayın saldı.
Günlər keçdi. Küt Beyinov imtahanda iştirak edib geri qayıtdı. Qurbanəli oğlunu sorğu-suala tutdu. Məlum oldu ki, o, suallara necə gəldi cavab yazıb. Qurbanəli həm özünü, həm Küt Beyinovu, həm də arvad-uşağı sakitləşdirdi:
- Danışmışan, axırı yaxşı olmalıdır. Toxtayın. Bu işə qol qoyan var. Bir ətək pul vermişəm.
Xansənəm ərinə:
- İnşallah, - dedi.
Nəhayət, imtahanın nəticəsi məlum oldu. Küt Beyinov ali məktəbə qəbul olunmamışdı.
Xəbəri eşidən Qurbanəlinin başına elə bil bir qazan qaynar su tökdülər. Onun arzusu gözündə qalmışdı. Alışıb yandı:
- Əclafı görürsən?! Mənə “atdı”. Mehman müəllim haqlı imiş. Ona qulaq asmadım, hətta incidim də.
Nəcəfqulu telefon zənglərinə cavab vermirdi. Bir gün, beş gün, bir ay belə keçdi. Qurbanəli idarənin işləri ilə bağlı tez-tez Bakıya gedir, nazirlikdə, baş idarədə olurdu. Bakıda ikən gözləri dörd olur, ətrafı diqqətlə nəzərdən keçirirdi ki, bəlkə Nəcəfqulu qarşısına çıxa. Bir dəfə tale üzünə güldü. Maşında Səməd Vurğun küçəsi ilə gedərkən gördü nə? Nəcəfqulu sallana-sallana gedir. Tez maşını saxlatdırıb Nəcəfqulunu boğazladı.
Nəcəfqulu and-aman elədi:
- Vallah, məni də aldadıblar. Pulu vermişəm, amma onun dalından keçiblər, qaytarmırlar. Necə olsa, nə təhər olsa, fərqi yoxdur sənin pulunu qaytaracağam. O adamdan ala biməsəm, özüm qaytaracağam. Kişi deyilik? Verdiyim sözə əməl edəcəyəm. Yoxsa namərdlik olar?
Onun sözlərinə inanmayan Qurbanəli:
- Yaxşı, tutaq ki, sən düz deyirsən. Bəs telefon zənglərini niyə cavabsız qoyurdun?
Nəcəfqulu:
- Xəcalətimdən, - dedi. - Narahat olma. Pulun qəpiyinə kimi qaytarılacaq. Alınmadı, bağışla.
Qurbanəli:
- Nə qədər çəkər bu pulun qaytarılması? - deyə soruşdu.
Nəcəfqulu dedi:
- Bir az vaxt ver. Mən sənə borclu. Yəni borc alan.
Nəcəfqulu fikrə getdi. Nə isə düşünüb bildirdi:
- Lap istəyirsən borc məsələsini rəsmiləşdirək. Arxayınçılıq olsun. Pulunu verməsən, həmin sənədi apar ver məhkəməyə, məni tutub damlasınlar.
Qurbanəli bir söz demədi, amma əldən çıxan pulunun borcvermə şəklində rəsmiləşdiriləcəyi onun xoşuna gəlmişdi.
Onu inandırdığını görən Nəcəfqulu:
- Şəxsiyyət vəsiqən yanındadır? - deyə xəbər aldı.
- Yanımdadır.
Nəcəfqulu:
- Mənə 300 manat ver, gedək “ASAN Xidmət”ə. Səndən borc aldığımı notarial kontorunda təsdiqlətdirək.
Qurbanəli şəxsiyyət vəsiqəsini və 300 manatI çıxarıb Nəcəfquluya uzatdı. Amma soruşmadı ki, bu 300 manat nəyə lazımdır.
Nəcəfqulu pulu alıb:
- Şəxsiyyət vəsiqəsi özündə qalsın. Notarial kontorunun müdiri istəyəndə özün ona verərsən.
Onlar “ASAN Xidmət”in binasına daxil oldular. Nəcəfqulu:
- İkinci mərtəbəyə qalxacağıq.
Pilləkənlə ikinci mərtəbəyə qalxmağa başladılar. “ASAN Xidmət”də qələbəlik idi. Pilləkənlə çıxıb-düşən də, salonda da adam çox idi. Növbə tutmuşdular. Qurbanəli əlində növbə kağızı notarial şöbənin qarşısına çatdı. Yan-yörəsinə baxdı. Nəcəfqulu gözə dəymirdi. Qurbanəli narahat oldu. Boş oturacaqlardan birində əyləşdi. Gözlə ha, gözlə. Nəcəfqulu nə gəzirdi?! Başa düşdü ki, bu dəfə də aldanıb. Növbəsi çatdı. Amma yerindən tərpənmədi. Yaxınlaşıb nə deyəcəkdi? Bir az da gözlədi.
Məlumat bürosunda bir neçə dəfə səsləndi:
- 51-ci nömrə yaxınlaşsın.
Qurbanəli dinmədi. Çağırırdılar:
- 52-ci, sonra 53-cü, daha sonra 54-cü... nömrə.
Qurbanəli suyu süzülə-süzülə “ASAN Xidmət”i tərk etdi.
...Küt Beyinovu əsgər aparmışdılar.
Qurbanəli başına gələnləri Mehman müəllimə danışıb ondan üzr istədi:
- Səndən incimişdim. Nahaq yerə. Sənə qulaq asmadığımdan birisinin toruna düşdüm. Bir ətək pulum batmışdı. İkinci dəfə aldanmağım onun yanında muştuluqçu oldu. O bir ətək puldan daha çox mənə notarial kontoru adı ilə alınan 300 manat təsir etdi. İnan ki, alışıb yandım, yandım-yaxıldım.
Bölməyə aid digər xəbərlər

Şirvan şəhəri,
24.02.2024-cü il
24.02.2024-cü il
Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək