21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
“Limonka” - Akif Abbasov yazır
Tarix: 15-07-2024 08:48 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Doqquzmərtəbəli binanın qarşısında boş sahə vardı. Bina istifadəyə veriləndə sakinlərin hərəsi qarşıdakı boş ərazinin bir hissəsini tutub özü üçün bağça düzəltmişdi. Necə gəldi, kim nədən bacarırsa, kustar üsulla bağçasının ətrafına çəpər çəkib, qonşusundan ayırmışdı. Təbii ki, dəmir parçasından, taxta-tuxtadan qapı da düzəltmişdilər ki, uşaqlar, heyvan bağçaya dadanmasın, onu tərg etməsinlər.
Bir neçə ildə ağaclar yaşıllaşmışdı. Meyvə gətirənləri də vardı. Səfərin 15-20 metrlik rezin borusu vardı, bağ-bağçasını rahatca sulayırdı, həmin rezin boru qonşu Şahinin də dadına çatırdı. Səfərin sağ tərəfindəki bağça Asəfin idi. O da rezin borudan istifadə edə bilirdi. Amma gərək növbə gözləyəydi. Şakir isə lap növbə gözləməli olsa da, rezin boru onun bağçasına gedib çıxa bilmirdi. Çox da uzun deyildi. Odur ki, Səfərlə Şakir qərar verdilər ki, rezin borunu ikiyə bölsünlər. Asəf dayanıb baxırdı. Səfər borunu tutmuşdu, Şakir əlində qayçı rezin borunu kəsməyə hazırlaşırdı. Bunu gərən Şahin qırğı kimi irəli şığıdı:
- Nə edirsən? Qoymaram.
Şakir əl saxladı:
- Sənə nə? Rezin boru Səfərindir, o da etiraz etmir.
Şahin dilləndi:
- Rezin boru bölünsə, onda mən bağçamı sulaya bilməyəcəyəm. Çatmayacaq. Qoymaram.
Şakir onu itələdi:
- Əl çək. Mənim bağçam susuz qalmalıdır? Bu vaxta qədər sən sulamısan, bundan belə növbə mənimdir.
Şakir qayçını qaldırıb borunu kəsmək istəyəndə Şahin onun əllərindən yapışdı:
- Məni itələyirsən? Qonşuluqda ayıb deyil? Başının salamat qalmasını istəyirsənsə, əl saxla.
Şakir də özündən çıxdı:
- Ayıb sənə olsun ki, yuyulmamış qaşıq kimi özünü ortaya atmısan.
Onun əlində aciz qalan Şahin Asifin də, Səfərin də dinmədiyini görüb:
- Axmağın biri axmaq, – deyib aralanmaq istəyəndə Şakir qabağa yeriyib ona bir sillə çəkdi. Şahinin gözlərindən elə bil od töküldü.
Bir anlığa dayanıb Şakirə baxdı, bir söz deməyib evə yollandı.
Baş vermiş qanıqaraçılıq hər ikisinə bərk təsir etmişdi.
Şənbə günü idi. Şənbə və bazar günləri Şahinin bizneslə məşğul olan oğlu atasına dəyməyə gələrdi. Elektrik mallarının qıt vaxtları idi. İş adamı Şura hökumətinin yıxıldığı vaxtlarda duyuq düşüb xeyli elektrik çayniki, ütü, soyuducu, paltaryuyan maşın, televizor və s. almışdı. Bir qismini atasıgildə saxlayırdı. İndi baha qiymətə satırdı. Kefi yaxşı idi.
Şahin bu dəfə özü oğlugilə getməyə hazırlaşırdı. İstəmirdi ki, həyətdəki qanıqaraçılıqdan oğlu xəbər tutsun. Odur ki, Azərin marketinə gedib iki ədəd limon götürdü və avtobus dayanacağına sarı yollandı. Qarşısına qonşu Asəf çıxdı:
- Qonşu, xoş gördük. O gün gördün də, Şakiri? Ə, bu insanlar nə pis sifət olurlar?
Şahin bikef:
- Siz də susub durdunuz?
- Qonşu, başa düş, biz qarışa bilməzdik. Hara belə?
- Muradgilə gedirəm.
Asəf onun əlindəki limonlara baxa-baxa dedi:
- Qonşu, bilirəm, Muradgilə niyə gedirsən. Gəl daşı tök ətəyindən. Getmə.
Şahin təəccübləndi:
- Burada nə var ki? Gedim həm oğlumu görüm, həm də bir az nəvələrlə oynayım.
Asəf onun əlindəki limonları alıb özünü də çəkə-çəkə binanın qarşısına gətirdi:
- Mən ölüm, bu gün getmə.
- Niyə axı?
- Bir qonşu kimi, səni istəyən adam kimi deyirəm sənə. Mənim xətrimə getmə.
Şahin çar-naçar razı oldu. Asəf limonları qaytardı, onu liftə ötürdü. Şahin mənzilinə qalxdı.
Asəfə də bu lazım idi. Həyətdə qabağına çıxanlara izah etməyə başladı:
- O günkü əhvalatdan yəqin ki, xəbəriniz var. Şahinlə Şakir həyətdə bir-birlərini sürüyürdülər. Şakir Şahinə bir yumruq ilişdirdi. İndi Şahini güclə evinə qaytardım. Əlində iki dənə “limonka” vardı. Şakirin evini partlatmağa gedirdi.
Ətrafdakılar dilləndilər:
- Elə bu çatmırdı.
Bu xəbər dərhal evləri, mənzilləri dolaşdı:
Şakir Şahinə bir yumruq vurub. Şahin də möhkəmcə hirslənib. Haradansa iki dənə “limonka” tapıb ki, Şakirin evini partlatsın. Şakirin yaşadığı mənzil birinci blokda idi. Xəbər polisə də çatdı. Blokun mahafizəsi təşkil olundu. Elə həyətdəcə Şahin sorğu-suala tutuldu. Cinayət tərkibli əməl tapılmadığından fikir vermədilər. Başa düşdülər ki, bu, bir zarafatmış.
Şakir Asəfi tapıb ona ağzından çıxanı dedi:
- Bu nə işdir başıma gətirirsən? Evdə Muradın ayın-oyunları, satlıq malları var. Yaxşı ki, gəlib evi axtarmadılar. Onu ilişdirərdilər. Mən də el içində biabır olardım. Limona “limonka” deyib, aləmi vurmusan bir-birinə.
Asəf nəsə demək istədı, Şahin imkan vermədi. Başladı dil-ağız eləməyə. Yalvarıcı tərzdə xahiş etdi:
- Sən Allah soruşan, maraqlanan olsa, sözün düzünü de. De ki, zarafat etmisən. De ki, limon idi, “limonka” yox. Lənkəran limonu, Astara limonu, lap elə Türkiyə limonu idi. Çayla içilən limon. Təki “limonka” olmasın. Yaxşı?
Asəf başı ilə razılığını verdi.
Bu əhvalatı kimisi zarafat kimi başa düşdü, bəziləri isə ciddi qəbul etdi. Bir neçə il keçdi. Bir gün Asəf həyətdə gəzişirdi. Bir də onda eşitdi ki, söhbət “limonka” əhvalatından düşüb. Cəfərağa yanındakıları “limonka”nın varlığına inandırmaq istəyirdi:
- Ay millət, inanırsınız, bu dinc, sakit həyətimizə qan düşəcəkdi, böyük bədbəxtlik baş verəcəkdi. Şahini deyirəm. Əlindəki qumbaranı gözlərimlə gördüm. Fikirləşdim əlindən xəta çıxar. Tez qumbaraları əlindən aldım.
Kimsə onun bu hərəkətini təqdir etdi:
- Allah köməyində dursun, xeyirxah iş görmüsən. Birisi öləcəkdi, o birini də tutub aparıb damlayacaqdılar.
Asəf Cəfərağaya yaxınlaşıb:
- Qumbaraları əlindən sən aldın? – deyə soruşdu. – Doğrudan sən aldın?
Cəfərağa dedi:
- Başın üçün.
Asəf başqa sual verdi:
- Gördüklərin həqiqətən qumbaralar idi?
Ətrafdakılar maraq dolu baxışlarını Cəfərağanın sifətinə dikmişdilər. Onun nə deyəcəyini gözləyirdilər. Cəfərağa özünə inamlı:
- Əlbəttə, - dedi. - Elə şey olar? Mən boyda kişi yalan-palan deyəcəyəm?!
Asəf əl çəkmək fikrində deyildi:
- Qonşu, bəlkə qumbara yox, “limonka” idi?
Cəfərağa inamsız olduğundan geri çəkildi:
- Hə, deyəsən “limonka” idi.
Asəf hücumu davam etdirdi:
- Bəlkə heç “limonka” deyilmiş, limon idi. Çayla içilən. İki ədəd limon. Lənkəran limonu?! Azərin marketindən ev üçün alınmış limonlar idi, hə?
Cəfərağa Asəfin qələbə çalması ilə razılaşmayaraq etirazını bildirdi:
- Yox, nə danışırsan, qumbara idi, nə “limonka”, nə limon?!
Asəf soruşdu:
- Özün gördün?
- Gördün nədir?! Əlindən alıb təhlükəni sovuşdurdum.
Onun bu sözlərindən yararlanan Asəf zərbəni düz hədəfə vurdu:
- Bəs neylədin o qumbaraları?
Sual cavabsız qaldı.
Cəfərağa duruxdu, çaşıb qaldı. Doğrudan da, əgər qumbaraları Şahinin əlindən almağa nail olmuşdusa, bəs onları neyləmişdi, hara qoymuşdu, kimə vermişdi?
Həmin əhvalatdan daha beş il keçdi. Asəf həyətdə gəzişirdi. Bir də gördü ki, Şahin ona sarı gəlir. Özü də kefi sazdır. Yaxınlaşan kimi Asəfi qucaqlayıb öpdü. Asəf çiyinlərini çəkdi: Gün hayandan doğub? Neçə illər idi ki, qonşusu burnu əyri gəzir, ona ağızucu salam verirdi.
- Ay qonşu, Allah səni min budaq eləsin. Canın sağ olsun! Allah uşaqlarını saxlasın. O vaxtlar sən məni böyük bir xətadan qurtardın. İndi oturub fikirləşirəm: “Sən “limonka”ları əlimdən almasaydın, mən onları atıb Şakirin mənzilini yerlə-yeksən edəcəkdim. Neçə mənzilə də ziyan dəyəcəkdi. Kim bilir Şakirlə birlikdə neçə adamın ölümünə bais olacaqdım. Məni də aparıb güllələyəcəkdilər. Güllələməsələr də, sümüklərim həbsxanada çürüyəcəkdi. Ailəm də əzab-əziyyət çəkəcəkdi”.
Asəf başını qaldırıb baxdı. Onunu bir zarafat kimi uydurduğu bu əhvalata Şahinin özü də neçə illər sonra inanmışdı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək