20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
18:51 / 30-01-2026
Hacıqabul rayonunda vulkan püskürüb
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
18:07 / 30-01-2026
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
17:54 / 30-01-2026
İcra başçısı müavinini vəzifədən azad edib
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
17:40 / 30-01-2026
İqtisadi Şuranın iclası keçirilib
17:17 / 30-01-2026
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
16:43 / 30-01-2026
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
16:38 / 30-01-2026
Prezident Tədbirlər Planını təsdiqləyib
16:36 / 30-01-2026
Prezident onları mükafatlandırıb - Siyahı
16:30 / 30-01-2026
Əli Mustafa: Azərbaycan regionda ABŞ-nın əsas müttəfiqidir
16:30 / 30-01-2026
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
16:14 / 30-01-2026
Baş Prokurorluq əhaliyə çağırış edib
15:50 / 30-01-2026
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
15:21 / 30-01-2026
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
15:11 / 30-01-2026
Fevral ayına olan hava proqnozu açıqlanıb
14:48 / 30-01-2026
Xamnəinin nümayəndəsi ABŞ-ı və müttəfiqlərini hədələyir
14:36 / 30-01-2026
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
14:26 / 30-01-2026
Hərbi prokurora köməkçi təyin olunub
14:15 / 30-01-2026
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
13:57 / 30-01-2026
Tramp Kuba ilə bağlı milli fövqəladə vəziyyət elan edib
13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Dəm qazı - Akif Abbasov yazır
Tarix: 09-03-2024 10:23 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Şənbə günlərinin biri axşamüstü idi. Hamamı yandırmışdılar. Vaqif yuyunacaqdı. Onunçun dəyişik, dəsmal, kisə, maçalka qoymuşdular. Vaqif çayını içib ayağa qalxanda Nigar:
- Atacan, cinsi şalvarım köhnəlib, - dedi.
Vaqif onun saçlarını sığallayıb:
- Köhnəlib, təzəsini alarıq, - deyə söz verdi. - Elə buna görə ürəyini sıxırsan?
Nigar:
- Ürəyimi sıxmıram, ata. Dedim məlumatın olsun. Pulumuz olanda...
Vaqif zarafata saldı:
- Yəni deyirsən bir cinsi şalvar almağa da pulumuz çatmaz?!. Pul bizdə, bir də ingilisdə.
Nigarın dayanıb baxdığını görüb əlavə etdi:
- Yəni fikirləşirsən ki, bütün bunlar sözdür, nə zaman alacağam şalvarı? Qızım, neçə gündür su gəlmirdi. Bu gün axır ki, suyu buraxdılar. Nə qədər ki, su var, gedim çimim. Allah qoysa, sabah səninçin şalvar almağa gedərik. Oldu?
Nigar başını tərpədib razılığını bildirdi.
Hamam yaxşıca qızmışdı. Su da gur gəlirdi, isti idi. Vaqif kisələnir, neçə gündən qalma kirini tökürdü. Amma gic yuxu onu girələmişdi. Axşamlar başı kompüterdə oyunlara qarışır, doyunca yatmır, gündüzlər də ayaq döyür, “o idarə sənin, bu ev mənin”, - deyə gəzir, təmirlə məşğul olurdu.
İnsan sağlamlığının bir şərti də doyunca yatmaqdır. Yuxu ki, var, gəldi, gərək başını atıb yatasan. Yuxunun vaxtını ki, keçirdin, sonra nə billah edirsən, yata bilmirsən. Yerində o yana, bu yana o qədər qurcalanırsan ki, altındakı döşəkağı, başının altındakı yastıq üzü bir günə düşür ki, gəl görəsən... Vay onda ki, arvad da səndən əvvəl yatağa uzana və dərhal da yuxuya gedə. Yuxuya getməyi ilə də bir xorna çəkə ki, qonşular gəlib qapını dağıdalar ki: “Ay balam, sizdə nə olub, dalaşan yoxdur ki? Bəlkə kimi isə boğurlar?”
Yox, bu yuxugəlməyə oxşamırdı. Vaqif başa düşdü ki, qızdırıcı kalonkadır naxələflik edən. Dəm qazı idi onu yuxuya vermək istəyən. Uşaq deyildi ki, bunu bilməyə. Aləmə o papış tikirdi. Qışqırmaq istədi. Səsi çıxmadı. Qızdırıcını söndürmək istədi - qolu qalxmadı. Hamamxananın qapısını açmaq istədi - bacarmadı. Huşunu itirib yıxıldı.
Vaqif hamamxanada çox ləngiməzdi. Uzağı 20-25 dəqiqəyə çıxardı. Amma indi çıxmaq bilmirdi. Nigar mətbəxdə qurdalanan Sevilin üstünə qaçıb:
- Ay ana, atam qırx dəqiqə olar ki, hamamxanadadır, - dedi. - Bir yoxla.
Sevil xanım əhəmiyyət vermədi, zarafata saldı:
- Yəqin qırx ildən qalma kirlərini çıxarıb qurtarmayıb. Su gec-gec gələndə belə şeylər olur. Neçə gündür çimmək istəyirdi. İndi əlinə girəvə düşüb. Mən dovğa bulayıram. Sən qapını döy, cavab verəcək.
Nigar tez hamamxanaya sarı qaçdı. Qapını döydü. Yanan qazın fışıltılı səsi gəlsə də, Vaqifdən səs çıxmırdı..
Nigar həyəcan içərisində anasını çağırdı:
- Ay ana, cavab vermir. Başında bir iş var deyəsən.
Qızının səsindəki təlaşı duyan Sevil xanım özünü mətbəxdən çölə atdı.
Kiyev layihəli binalarda, hamamxana ilə ayaqyolu mətbəxdən aralı olur, dəhlizin o biri başında inşa edilir. Sevil qaçaraq özünü hamamxanaya çatdırdı və başladı var gücü ilə qapını döyməyə:
- Vaqif, Vaqif!!!
Səs gəlmirdi. Qapını itələdilər. Açmağa gücləri çatmadı. Arxadan bağlanmışdı. Sevil xanım hər şeyi başa düşdü və ucadan qışqırdı: “Evim yıxıldı!”
Ana-bala qonşuları köməyə çağırdılar. Qonşular tökülüşüb gəldilər, qapını sındıranda gördülər ki, Vaqif hərəkətsiz döşəmədə sərələ qalıb. Onu özünə gətirməyə çalışdılar. Fəqət səyləri əbəs idi. Dəm qazı öz işini görmüş, onu zəhərləmişdi. Sevil xanım vay-şivən qoparıb üzünü cırdı. Nigar da özünü öldürürdü: “Ata, ata!!!”
Qaçaraq Həsən də gəldi. Atasını bu halətdə görüb anası ilə bacısına qoşulub hönkürdü.
Həkim artıq yoxlayıb ölüm aktı tərtib etmişdi. Ev adamlarla dolmuşdu. Qohum-əqrəbanın da gəldiyini görən qonşular çəkilib getdilər.
Meyiti qonaq otağının ortasında döşəyin üstünə qoymuş, üstünü də örtmüşdülər. Baş verən hadisəyə hamı təəssüflənirdi. Onun nə yaşı vardı?! Həsən molla dalınca getmişdi. Bundan sonra görüləcək işlər barədə söhbət gedirdi. Birinci növbədə ölü yuyulmalı və dəfn olunmalı idi. Sonra yasxana qurulmalıydı.
Bakı kimi yerdə adam ölməyə də qorxur. Dəfn üçün yer yoxdur. Əslində yerdən çox yer var. Bir əlcə torpağı od qiymətinə satırlar. Yasxana üçün çadır gətirtmək, üç, qırx vermək üçün bir ətək pul lazımdır. Bu da hər adamın cibinə görə deyil. Amma nə edəsən? Heç kim ölüsünü urvatsız etmir, yerdə qoymur. Borca düşüb dəfn də edir, üçünü də, qırxını da, ilini də verir, baş daşı da qoydurur.
Molla gəlib çıxdı. O, meyitə sarı gedirdi ki, ayaq saxladı. Meyit tərpənirdi. Bu, ətrafdakı digər şəxslərin də, Həsənin də diqqətini cəlb etdi.
Vaqifin sevimli bir pişiyi vardı. Fikirləşdilər ki, yəqin pişik xəlvəti özünü meyitin yanına verib ki, onunla halallaşsın. Vasifin pişiyə acığı tutdu. İrəli yeriyirdi ki, pişiyə həddini göstərsin, bir də gördü ki, meyit qalxıb yerində oturdu. Həsən diksindi və geri çəkildi. Meyit əli ilə işarə etdi. Hamı çəkildi. Sevil xanım pal-paltar gətirib ərini geyindirdi. Nigarla Həsən özlərini atalarının üstünə atdılar. Onlardan bir yanıqlı hönkürtü qopdu ki, gəl görəsən. Qəlb parçalayırdı:
- Ata!!! Atacan!!!
Onlar sevincdən az qala dəli olacaqdılar. Sizə zarafat gəlməsin, ölmüş atalarına yenidən qovuşmuşdular. Vaqif ətrafa göz gəzdirərək:
- Bu adamlar buraya niyə yığışıblar? Deyəsən çox yatmışam.
Sevil xanım istədi desin ki, “yatmaq nədir, ölmüşdün!”. Amma demədi, özünü saxladı. Qoy bilməsin. Cavab olaraq bildirdi:
- Hamamxanadakı qaz buraxır deyəsən...
Vaqif fikirləşdi: Sevil qaza görə bu qədər adamı buraya niyə yağıb, mənə deyə bilmirdi. Nə olsun yatmışdım, oyadaydı. Buna görə onun xətrinə dəyəcəkdim?!
Yadına salmağa çalışdı: “Hə, yuxusu gəlirdi. Amma şirin yuxu deyildi. Gic yuxu idi, adamın başını ağrıdırdı. Ayılmaq istədi – ayıla bilmədi. Hamamxananın qapısını açmaq istədi - aça bilmədi. Deməli, boğulurmuş”.
Vaqifin başı gicəllənir, ürəyi bulanırdı. Özünü saxlaya bilməyib Sevil xanımın qolları arasına düşdü. Nigar qorxub qışqırdı. Atasının bu dəfə doğrudan-doğruya öləcəyindən qorxurdu. Həsən bibisi oğlu Adillə Vaqifi aşağı düşürüb maşına mindirdilər və xəstəxanaya apardılar. Həkimlər dərhal tədbir gördülər, iynə vuruldu, sistem qoşuldu. Bu minvalla Vaqif bir neçə gün xəstəxanada yatdı. Sonradan başına gələnləri əzizlərinə, onu yoluxmağa gələnlərə danışdı:
- O dünyanı görüb qayıtdım. Ətrafımda ağ rəngli mələklər uçur, məni də öz ardınca aparırdılar. Səhv etmirəmsə, bir qara quş mənə yaxınlaşmaq istəyir, qanadlı mələklər məni dövrəyə alıb buna yol vermirdilər. Mələklərin əhatəsində ənginliklərə gedirdim. Yer görünmürdü. Evimiz görünmürdü. İnsanlar görünmürdü. Özümü heç zaman elə rahat, qayğısız, bəxtiyar hiss etməmişdim. Sonsuzluğa doğru gedirdik. Birdən-birə narahat oldum. Bu gedişin qayıdışı da olmalı idi. Bu isə çox vaxt aparacaqdı. Birisi gün işə gecikə bilərdim. İş cəhənnəmə. Qızıma, Nigarıma söz vermişdim, o da səbirsizliklə gözləyirdi ki, bazar günü birlikdə gedib onunçun qəşəng bir cinsi şalvar alacağam. Gözü yolda qalmaq yaxşı deyil.
Odur ki, üzümü mələklərə tutub soruşdum:
- Hara gedirik? Çox uzaqlaşmayaq. Yarımçıq işlərim qalıb.
Dedilər:
- Səfərimiz uzun sürəcək.
- Nə danışırsınız, mən qayıtmalıyam.
- Olmaz.
- Necə yəni olmaz?! Qızıma söz vermişəm. Sözümə əməl etməliyəm. Əks halda haqqımda nə fikirləşər?!
- Dedik ki, olmaz. Əgər qayıtsan, sonra geri dönə bilməyəcəksən.
- Sizə söz verirəm. Qızıma cinsi şalvar alım, sonra hara deyirsiniz gəlim...
Bu sözlərim mələklərin xoşuna gəlmədi:
- Belə görünür, sən xoş həyat istəmirsən. Geri dönsən, yenə əzablı həyatını yaşamaqda davam edəcək, peşman olacaqsan.
- Cinsi şalvarı alıb qızıma versəydim, indi geri dönməzdim...
Mələklər artıq dözmədilər. Əsəbi halda dedilər:
- Elə isə get, əzablarınla yaşa.
Vagif söhbətini tamamladı:
- Hə, əzizlərim, mələklərə qulaq asmayıb, geri döndüm. Qayıdan kimi əlimi gözlərimə apardım. Onlar qapalı idi. Gözlərimi açanda gördüm ki, hamı ağlayır. Nigarım, Həsənim ağlayır. Fikirləşdim ki, Nigar cinsi şalvarı vaxtında almadığıma görə ağlayır, Həsən də onun göz yaşlarına tablaşmayıb ona qoşulub. Sonra gördüm yox, məsələ özgə cürmüş. Bir müddət klinik ölümdə olmuşam.
Vaqif Nigarı yanına çağırıb saçlarını tumarladı:
- Qızım, məni ölümün pəncəsindən sən qurtardın, sənə verdiyim söz qurtardı. Sağ ol. Sabah gedib səninçin cinsi şalvar alarıq.
Bölməyə aid digər xəbərlər

(Hekayə)

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər