12:38 / 20-08-2025
Sabah isti hava olacaq
12:25 / 20-08-2025
Sərhədimizi pozmağa cəhd edən şəxslər saxlanılıb
12:17 / 20-08-2025
Bakıda 60 yaşlı kişi öldürülüb
12:15 / 20-08-2025
Müəllimlərin işə qəbulu üzrə müsahibə başlayıb
12:13 / 20-08-2025
Ərdoğan və Rutte təhlükəsizlik təminatlarını müzakirə ediblər
12:03 / 20-08-2025
Lisey və gimnaziyalara seçim prosesinin nəticələri elan olunub
11:50 / 20-08-2025
İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb
11:30 / 20-08-2025
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş edib
11:29 / 20-08-2025
Keçmiş deputat məxfi məlumatları Qərbə ötürüb
11:19 / 20-08-2025
10-a yaxın ölkə Ukraynaya qoşun göndərməyə hazırdır
10:58 / 20-08-2025
Azərbaycan və Fransa səfirləri görüşüb
10:57 / 20-08-2025
“Avroviziya 2026” Vyanada keçiriləcək
10:54 / 20-08-2025
Baş nazir prezidenti antisemitizmdə ittiham edib
10:35 / 20-08-2025
Vətəndaşların hərbi xidmətlə bağlı məlumatları “mygov”a əlavə olunub
10:31 / 20-08-2025
TV rəhbəri kassasiya şikayəti verib
10:17 / 20-08-2025
Rusiya üzərində daha 42 PUA vurulub
10:17 / 20-08-2025
Magistraturaya qəbul: elektron qeydiyyatın vaxtı açıqlanıb
10:09 / 20-08-2025
Qobustanda torpaq uçqunu olub - Bir nəfər ölüb
10:07 / 20-08-2025
Hərbi Prokurorluqda Etimad xətti yaradılıb
09:56 / 20-08-2025
Ali məktəblərə ixtisas seçimi başa çatıb
08:32 / 20-08-2025
30-dan çox alpinist təxliyə edilib
08:22 / 20-08-2025
Tribunal sədri: Fələstinlilərin vəziyyəti çıxılmazdır
08:15 / 20-08-2025
Tramp: İranın nüvə silahı yaratmasına 4 həftə qalmışdı
08:09 / 20-08-2025
Bred Pitt evini alınmaz qalaya çevirib
08:01 / 20-08-2025
Azarov: Putin və Zelenskinin avqustun sonunda görüşmək ehtimalı yoxdur
07:57 / 20-08-2025
Mask siyasi partiya yaratmaq fikrindən daşınıb
07:31 / 20-08-2025
Cənubi Koreya KXDR ilə barışmaq istəyir
00:58 / 20-08-2025
Çempionlar Liqası: "Qarabağ" səfərdə qalib gəlib
00:10 / 20-08-2025
Fransa Azərbaycana səfir təyin edib
23:46 / 19-08-2025
ABŞ Ukraynaya qoşun yerləşdirməyəcək
03:20 / 16-08-2025

14:59 / 15-08-2025

17:57 / 18-08-2025

21:45 / 18-08-2025

20:53 / 16-08-2025

20:42 / 15-08-2025

19:18 / 18-08-2025

13:35 / 15-08-2025

08:20 / 16-08-2025

12:48 / 16-08-2025

21:22 / 17-08-2025

22:05 / 15-08-2025

Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır
Tarix: 19-03-2025 11:04 | Bölmə: Akif ABBASOV

Professor Akif ABBASOV
Xalq şairi Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur. Onun çoxsaylı şeirləri və poemaları nəşr olunmuş, yaradıcılığından nümunələr dərsliklərə salınmışdır. Zəlimxan ədəbiyyatımıza yeni ruh, yeni nəfəs gətirmiş, poeziyamızın zənginləşməsində əvəzsiz rol oynamış, ümumxalq məhəbbəti qazanmışdır.
Zəlimxan Yaqub gözəl nitqə, natiqliyə malik olmaqla yanaşı, poeziya aləmində də zirvələr fəth etmişdi. Şairin yaradıcılığı müxtəlif mövzulara - Vətənə, təbiətin gözəllikləri, məhəbbət, dostluq, sədaqət, xeyirxahlığa, bundan başqa, ermənilərin xalqımıza qarşı düşmənçilik siyasətinin lənətlənməsinə, onların törətdikləri soyqırımlara, yaramazlıqlarına nifrətə və s. mövzulara həsr edilib. Həmin əsərlər arasında İslam dininin yaradıcısı həzrəti Məhəmməd peyğəmbərə, tarixi şəxsiyyətlərə (Şah İsmayıl Xətayiyə, Qazi Bürhanəddinə, Heydər Əliyevə), dahi mütəfəkkirlərə, görkəmli şairlərə (Nizamiyə, Füzuliyə, Şəhriyara və b.), dövlət xadimlərinə (Heydər Əliyevə, Mustafa Kamal Atatürkə), Qarabağa aid əsərlər xüsusilə diqqəti cəlb edir.
"Peyğəmbər" poeması İslam dininin yaradıcısı, Allahın elçisi (Rəsulullah), sonuncu peyğəmbər həzrəti Məhəmməd əleyhissəlama (570-632) həsr olunub və böyük məhəbbətlə qələmə alınıb.
Poema belə başlayır:
Qaramat basmışdı
əsri, zamanı.
Yol yoxdu haqq yolu
tutub getməyə,
Cəhalət dünyası
dağılmalıydı
Köhnə fikirləri
alt-üst etməyə
Ruhun xilaskarı
doğulmalıydı.
Poemada bu hissə "Bir işıq doğulub gəldi dünyaya" (Peyğəmbərin doğumu) adlanır.
Aşağıdakı misralarda şair peyğəmbərimizin özəlliklərini, böyüklüyünü, müqəddəsliyini, müsəlmanlar və bütün dünya üçün önəmliyini və əvəzolunmazlığını parlaq boyalarla təsvir edib. Onun insanların, xüsusən müsəlmanların həyatında oynadığı böyük rol diqqət mərkəzinə gətirilib:
Yatmış vicdanları
nurla oyatdı.
İnsanın əşrəfi
həddinə yetdi,
Peyğəmbər yaşına
çatana qədər.
Gözü tox, nəfsi tox,
nəfəsi halal,
Saflıqda ad alıb,
ün qazanırdı.
Özündən xəbərsiz
peyğəmbərliyə
Ömür qazanırdı,
gün qazanırdı.
Qurutdu gözlərin
axan yaşını,
Kəsdi tayfaların
sərt savaşını".
"Peyğəmbər" poeması Təbrizdə də nəşr edilmişdir.
Zəlimxan Yaqubun belə bir şeiri var: "Şeyxim mənim, şahım mənim, şairim mənim". Bu şeir Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri və rolu olan, Səfəvilər dövlətinin yaradıcısı, böyük hökmdarı, qüdrətli sərkərdəsi, diplomatı, müqtədir şairi Şah İsmayıl Xətaiyə (1487-1524) həsr olunub.
"Şeyxim mənim, şahım mənim, şairim mənim" şeiri erməni işğalçılarının ölkəmizə qarşı qəsbkarlıq siyasətinin tüğyan etdiyi illərdə, Qarabağda qanlı-qadalı müharibənin getdiyi vaxtlarda qələmə alınmışdı. Şair öz şeirində düşməni lənətləyir:
Əldən çıxdı, fürsət mənim, çəm mənim deyil,
Göyçə yoxsa, necə deyim, qəm mənim deyil,
Təbriz, Dərbənd həm mənimdi, həm mənim deyil,
Şeyxim mənim,
Şahım mənim,
Şairim mənim!
Şair çətinliklərin, düşdüyümüz ağır vəziyyətin müvəqqəti olduğuna diqqəti yönəldərək, xalqımızın mərdlik, qəhrəmanlıq və mübarizə tarixini yada salır, həmin tarixdən ibrət götürməyi məsləhət bilir. Belə məqamda I Şah İsmayıl yada düşür. Onu haraylayır:
Qollarınla torpağıma sarıl, gəl, babam,
Oxa çevril, kaman kimi gəril, gəl, babam,
Dirilt bizi, yaşat bizi, diril, gəl, babam,
Şeyxim mənim,
Şahım mənim,
Şairim mənim!
Çaldıranda yaralanmış şahıma qurban,
Bu yaradan tüstülənən ahına qurban.
Tarixdəki on üç yaşlı dahimə qurban,
Şeyxim mənim,
Şahım mənim,
Şairim mənim.
Zəlimxan "Qismət" şeirini də Xətaiyəyə həsr etmişdir.
I Şah İsmayıl da, Qazi Bürhanəddin də uzaq keçmişlərdə yaşamışdır. Zəlimxan Yaqub mənbələrə, öz təsəvvürlərinə görə onların obrazlarını yaratmış, hünərlərindən söz açmışdır.
Zəlimxan Ümummilli liderimiz Heydər Əliyev haqqında da şeirlər və poemalar yazmışdır. Digər dövlət xadimlərindən, mütəfəkkirlərdən fərqli olaraq, o, Ulu öndərin müasiri idi. Heydər Əliyevin Azərbaycanın taleyi üçün necə narahat olduğunu, ölkəmizi və xalqımızı firavanlığa, xoşbəxtlik və səadətə çatdırmaq, respublikamızın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün necə çalışdığını, gecəsini gündüzünə necə qatdığını görmüş və eşitmişdi.
Zəlimxan "Böyük ömrün dastanı" poemasında deyir:
Xalqı zirvələrə qaldırmaq üçün
Sevgi şahlığının taxtına çıxdın.
Oğul xalq üçündür, zirvə dağ üçün,
Nə yaxşı bu xalqın baxtına çıxdın!

Heydər Əliyevin dünyasını dəyişməyi hamımız kimi Zəlimxan Yaquba da ağır təsir etdi. Qəm, qüssəsini, ağır kədərini şeirin dili ilə "Böyük ömrün dastanı" poemasında belə təsvir edir:
"Sazın sinəsi yandı,
muğamat xal itirdi,
Bülbüllər yaşıl çəmən,
çiçəklər bal itirdi.
Qaya xınalı kəklik,
zirvə qartal itirdi, -
"Heydər köçdü" deyəndə".
Daha sonra Zəlimxan sonsuz kədərini aşağıdakı kimi ümumiləşdirir:
Həsrətini çəkəcəyəm illər boyu,
Kövrək qəlbim oyum-oyum oyulacaq.
Eşqin ilə yaratdığım bu dastanın
Son nöqtəsi mən öləndə qoyulacaq.
Bəli, bu ümumxalq kədəri idi, böyük itki idi. Fəqət təsəllimiz bu oldu ki, Ulu öndər cismən bizdən ayrılıb, o, bütün canlılardan canlıdır, ruhən aramızdadır, əməlləri yaşayır.
Ümummilli liderin dedikləri həqiqət oldu - torpaqlarımız düşmən tapdağından azad olundu. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz erməni faşist işğalçılarını torpaqlarımızdan qovdu, erməni ordusunu darmadağın etdi.
Zəlimxan Yaqubun yaradıcılığında Türkiyə ("Dünya türkün olacaq", "Döyüşən türk, oyanan türk, qalxan türk", "Türk yağıdan üzr istəməz", "İstanbul qızı" və s.) və Mustafa Kamal Atatürk mövzusu da özünəməxsus yer tutur. Türkiyə qardaş ölkə, türklər və azərbaycanlılar qardaş xalqlardır.
Heydər Əliyev müasir Azərbaycanın yaradıcısı olduğu kimi, Mustafa Kamal Atatürk də müasir Türkiyə Respublikasının yaradıcısı və ilk prezidentidir.
Haqqında danışılam mövzulara Zəlimxan Yaqubun müraciət etməsi təqdir edilməlidir. Şairin "Atatürk köşkündə keçən günlərim" şeirinin bəzi misraları ilə tanış olaq:
Çox ömrün payına qar-şaxta düşdü,
Cana nə düşdüsə, sazaqda düşdü.
Ürəyim ağrıyan bir vaxta düşdü,
Atatürk köşkündə keçən günlərim.
Qaçmadı ölümdən, qorxmadı yasdan,
Oldu Çanaqqala dillərdə dastan
Başladı Samsundan, çıxdı Sivasdan,
Atatürk köşkündə keçən günlərim.
SSRİ-yə daxil olduğumuz illərdə rus imperiyası azərbaycanlıların türklərlə, Türkiyə ilə, İranda yaşayan azərbaycanlılarla əlaqə saxlamalarına hər vəchlə mane olur, onlara "pantürkist", "panislamist" damğası vuraraq zindanlara atır, ölüm hökmü kəsir, sürgün etdirirdi. Beləliklə, qardaşı qardaşdan ayrı salırdılar.
Zəlimxanın Türkiyəyə, türk xalqına həsr etdiyi şeirlər arasında "Dünya türkün olacaq" şeiri özünün səviyyəsinə, ifadə tərzinə və əhəmiyyətinə görə möhtəşəmdir.
Vaxt Təbrizin, dünya Ərkin dünyası,
Yol Tanrının, haqqı dərkin dünyası,
Əvvəl-axır dünya Türkün dünyası,
Üç gün, beş gün gecim-tezim olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Tarixin gedişatından görünür ki, Zəlimxan "Dünya türkün olacaq" deyəndə öz sözlərində yanılmamışdı. Hazırda dünyada Türkiyənin, bu ölkənin prezidenti Ərdoğanın sözü eşidilir. Qanlı müharibə edən iki dövlət - Rusiya və Ukrayna münasibətlərinin tənzimlənməsi, sülh danışıqları bir sıra hallarda Türkiyənin vasitəçiliyi ilə aparılır. Zəlimxan demişkən, həqiqətən də dünya türkün olacaq:
Yeni düzən, yeni mizan qurandı,
İlk andımız, son andımız Turandı,
Soraq verən peyğəmbərdi, Qurandı,
Nə yozulsa xeyrə yozum olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Qovuşacaq bölünənlər, bölgələr,
Nurlanacaq qaranlıqlar, kölgələr,
Diriləcək Oğuzxanlar, Bilgələr,
Türkə səcdə, Türkə təzim olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Şairin "Döyüşən türk, oyanan türk, qalxan türk" şeiri də uğurludur.
Silkələdin göyün yeddi qatını,
Qucaqladın doğu ilə batını.
Dur yəhərlə ərənlərin atını,
Dəniz kimi dalğalan, Türk, çalxan, Türk,
Döyüşən Türk, oyanan Türk, qalxan Türk!
Hardan hara getdiyini bilən yol,
Üfüqlərə qovuşanda gülən yol,
Atilladan Atatürkə gələn yol,
Qalxan olsun başın üstə, qalxan, Türk!
Zəlimxan Yaqub mütəfəkkirlərə, şair və yazıçılara, alimlərə də şeirlər yazmışdır. Bu fikir baxımından dahi Nizami Gəncəviyə ehtiramını bildirən "Nizami" şeiri səciyyəvidir:
Sözdü, bir də qələmdi Nizaminin silahı,
Sözdə, qələmdə gördü peyğəmbəri, Allahı.
Sözlə gəldi axşamı, sözlə açdı sabahı,
Gördü bir tamaşadı, gördü bir həyatdı söz.
Zamanların fövqünə ucaldıqca, ucaldı,
O, zamandan güc aldı,
zaman ondan güc aldı.
Cavan qaldı həmişə, nə soldu, nə qocaldı,
Min illərdən söz aldı, min illərə çatdı söz.
Zəlimxan Yaqubun "Şahim-şairim" şeiri görkəmli dövlət xadimi, Sivasın hökmdarı, məşhur sərkərdə və poeziyamızın inkişafında əvəzsiz rol oynamış, Azərbaycan əruz vəzninin yaradıcısı Qazi Bürhanəddinə (1344-1398) həsr olunmuşdur. Qazi Bürhanəddin Azərbaycan, türk və fars dillərində çoxsaylı şeirlər, qəzəllər yazmışdır.
"Şahım, şairim" şeirində Zəlimxan Yaqub Qazi Bürhanəddini bizə belə təqdim edir:
Bir millətdə özül olmaq,
təməl olmaq səadətdir.
Həm keçmişim, həm gələcək,
elim-günüm obam, Qazi!
Zəlimxanın "Bakıdan gəlmişəm, Şəhriyar babam" şeri Cənubi Azərbaycanda yazıb-yaratmış görkəmli şair Məhəmmədhüseyn Şəhriyara həsr olunub.
Bildiyimiz kimi, müstəqilliyimizi əldə edənə qədər Şimali Azərbaycanla Cənubi Azərbaycanı bir-birindən tikanlı məftillər ayırırdı. Torpaqların ikiyə bölünməsi nəticəsində biri bu yanda, digəri o yanda qalmış iki doğma qardaş, iki bacı, ana və oğul Arazın bu tayından o tayına, o tayından bu yana tikanlı məftillər üzərindən, məftillərin arasından baxardılar. Bəzən buna da icazə verməzdilər.
Sovet imperiyası dağıldı. Ötən əsrin 90-cı illərində Azərbaycan müstəqilliyinə qovuşdu. Tikanlı məftillər aradan götürüldü, sərhədlər açıldı. Doğmalar bir-birini görə bildilər, bir-birinin evinə qonaq gedib-gəldilər. Fəqət Şəhriyar artıq haqq dünyasına qovuşmuşdu. Zəlimxan bu həsrəti yana-yana, göz yaşları içərisində, ürək ağrısı ilə təsvir etmişdir:
Üzünü heç zaman görəmmədiyin,
Bircə çiçəyini dərəmmədiyin,
Qoşa qapısından girəmmədiyin
Bakıdan gəlmişəm, Şəhriyar babam!
Şəhriyara Azərbaycan Respublikasını, onun baş şəhəri Bakını görmək qismət olmadı:
İllərlə qovrula-qovrula qaldın,
Aylarla qıvrıla-qıvrıla qaldın,
Bakının üzünü görə bilmədin.
Bakıdan gəlmişəm, Şəhriyar babam!
Kəlbəcər nəfəsli Göyçə diləkli,
Naxçıvan qeyrətli, Gəncə ürəkli,
Borçalı ətirli, Xəzər havalı, Qarabağ nisgilli,
Şuşa davalı Bakıdan gəlmişəm, Şəhriyar babam!
Hamımız kimi, Zəlimxan da Qarabağ dərdi çəkirdi. Şuşa, Qarabağ namus idi, şərəf idi, şan idi, şöhrət idi, Vətən idi, can idi!!! Candan, Vətəndən necə ayrı düşmək olardı?! Qarabağ dərdi bizim hər birimizi neçə il qocaltdı, bəzilərini hətta apardı.
Vətənpərvər şair Qarabağ mövzusuna biganə qala bilməzdi. Odur ki, yazdı, yaratdı. İlk növbədə Xocalının dərdinə ağladı, göz yaşı tökdü. Hiss elədi ki, qəddi əyilib. Göz yaşlarını tökə-tökə "Layla, Xocalım, layla", "Xocalım, ay Xocalım" şeirlərini meydana gətirdi.
"Layla, Xocalım, layla" şeirini oxuyaraq o ağrıları, acıları yaşayırıq. Erməni faşist işğalçıları 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə sovet ordusunun 366-cı motoatıcı alayının himayədarlığı və əməliyyatda, soyqırımda bilavasitə yaxından iştirakı ilə Xocalıda daşı daş üstündə qoymadı, dinc əhaliyə divan tutdu. Yüzlərlə insan öldürüldü.
Daş üstə daşmı qaldı,
Salamat başmı qaldı,
Gözümdə yaşmı qaldı?
Layla, Xocalım layla.
Xocalıda törədilən faciənin dünyada misli bərabəri yox idi.
Zəlimxan Yaqubun şeirləri eyni zamanda insana qəlb rahatlığı, sevinc, nikbinlik bəxş edir. Həmin şeirlər "insanın ən böyük kəşfi olan məhəbbətə" (N. Hikmət), təbiət gözəlliklərinə, anaya, halallığa, Vətənə və s. həsr olunmuşdur. "Bu yaşıl ağacın altı bizimdir", "Gözəldir", "Qalardım", "Sevərmiş", "Allah, gözlərə bax", "Bəs niyə sevməyək bir-birimizi?", "Səni sevmək üçün gəldim dünyaya", "Heç vaxt məni tərk eləmə", "Sevgi", "Sən yorulmadın" və s. bu qəbildəndir.
"Bu yaşıl ağacın altı bizimdir" şeiri insana nikbin ruh, xoş əhval-ruhiyyə aşılayır. Bu nikbinliklə Zəlimxan Yaqubla bağlı qənaətlərimizi onun şeirindən alınmış aşağıdakı misralarla tamamlayırıq:
Su içər sevginin kökü ömürdən,
Sevgi əl üzməsin təki ömürdən,
Xoş bir xatirədi iki ömürdən,
Bu yaşıl ağacın altı bizimdi.
Bəli, "bu yaşıl ağacın altı bizimdir!" 8 noyabr ölkəmizdə Zəfər günü elan edilmişdir. Şuşa düşməndən həmin gün, o biri rayon və şəhərlərimiz ondan əvvəl və iki gün sonra azad olunmuşdur. "Bu yaşıl ağacın altı bizim" olduğundan indi Şuşamızda və digər işğaldan azad edilmiş rayonlarımızda rahat, dinc yaşaya bilərik, fəqət ayıqlığımızı, sayıqlığımızı da gözləməliyik.
Zəlimxan Yaqub nəinki Azərbaycanımızın, həmçinin türk dünyasının sevilən, seçilən böyük şairi idi. Böyük şairi olaraq qalacaqdır!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır