Deputat: "Rusiyadan Ermənistan dövlətçiliyinin məhvinə çağırış edirlər"
Tarix: 25-09-2023 15:45 | Bölmə: Siyasət
Deputat: "Rusiyadan Ermənistan dövlətçiliyinin məhvinə çağırış edirlər"

“Son günlər, hətta həftələr ərzində bizim rusiyalı həmkarlarımız müxtəlif bəyanatlarla Ermənistanın daxili işlərinə birbaşa müdaxilə edirlər. Xüsusilə, Rusiya dövlət televiziya kanalları, Moskvanın bir sıra mediası Ermənistan vətəndaşlarına ölkə hakimiyyətinə qarşı çıxmağa çağırışlar edirlər”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan parlamentin xarici əlaqələr daimi komissiyasının rəhbəri, hakim “Mülki Müqavilə” partiyasının üzvü Sarkis Xandanyan deyib.

O, belə çağırışların Rusiyanın rəsmi dairələri tərəfindən səsləndirildiyini bəyan edib. S. Xandanyanın sözlərinə görə, Ermənistan dövlətçiliyinin məhv edilməsi çağırışları artıq Rusiya Dövlət Dumasının deputatları və digərləri tərəfindən də səsləndirilir ki, bu da qəbuledilməzdir.

“Biz həmkarlarımızdan tərəfdaşlıq yanaşmasını, Ermənistanın daxili işlərinə qarışmaqdan imtina etmələrini və müttəfiqlik öhdəliklərini yerinə yetirmələrini gözləyirik. Amma təəssüf ki, son proseslər bunun əksini nümayiş etdirir”, - Xandanyan əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər