Paşinyan: "Almaniya İrəvanla Bakı arasındakı normallaşma ilə bağlı tədbirləri dəstəkləyir"
Tarix: 26-02-2024 14:59 | Bölmə: Siyasət
Paşinyan: "Almaniya İrəvanla Bakı arasındakı normallaşma ilə bağlı tədbirləri dəstəkləyir"

"Almaniya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirləri dəstəkləyir".

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Bundestaqın Hüquq Məsələləri Komitəsinin sədri Elizabet Vinkelmeyer-Bekerin başçılıq etdiyi nümayəndə heyəti ilə danışıqlar zamanı deyib.

Tərəflər həmçinin Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının mülki missiyasının fəaliyyətini müzakirə edib və Ermənistan-Almaniya və Ermənistan-Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıblar(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}