18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
16:42 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - Fotolar
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
10:21 / 02-02-2026
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb
10:16 / 02-02-2026
Əli Əsədov qərar imzalayıb
10:12 / 02-02-2026
Bataqlıqların itirilməsi qlobal iqtisadiyyatı təhdid edir
09:55 / 02-02-2026
Əfqanıstan ŞƏT-də iştirakını bərpa edəcək
09:49 / 02-02-2026
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
09:40 / 02-02-2026
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər"
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
11:03 / 29-01-2026
Şaraa Əsədi geri almaq istəyir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Nazir islam ölkələrinə müraciət etdi: “İşğalçını gücləndirməyin!”
Tarix: 01-03-2019 23:04 | Bölmə: Siyasət

“Beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək üçün mümkün olan hər şeyi edərkən, Azərbaycan hələ də Ermənistanın hərbi təcavüzü ilə üzləşir”.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyasında çıxışı zamanı deyib. Nazir bildirib ki, yarandığı son beş onillik ərzində İƏT İslam dünyasının tək çoxtərəfli qurumu kimi, dünyada sülh və təhlükəsizliyin qorunması üzrə beynəlxalq ictimaiyyətin strateji tərəfdaşına çevrilib:
“Bu gün təşkilatımız hələ də üzv ölkələrin birliyi, bütövlüyü və suverenliyini təhdid edən görünməmiş daxili və xarici təhdidlərlə üzləşir”.
E. Məmmədyarov qeyd edib ki, coğrafiyamızın bir çox yerində, xüsusən də İraq, Suriya, Yəmən, Liviya, Əfqanıstanda davam edən silahlı münaqişələr və terror hücumları, eləcə də dünyanın müxtəlif yerlərində dözümsüzlük, irqçilik və ksenofobiya kimi yüksələn trendlər beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş hazırkı beynəlxalq mexanizmlərin yetərsizliyini nümayiş etdirir. Azərbaycan təşkilatın kollektiv yanaşması və birgə strategiyasına sadiq qalaraq, üzvü olduğu müxtəlif İƏT Təmas qrupları, o cümlədən Fələstin, Cammu və Kəşmir, Somali və Avropada müsəlman azlıqları, vasitəsilə münaqişələrin sülh yolu ilə həlli istiqamətində üzv dövlətlərlə işləməyə davam edəcəkdir. Bu baxımdan biz bütün üzv dövlətləri kollektiv yanaşma və İslam həmrəyliyi prinsiplərinin həyata keçirilməsində səylərini əsirgəməməyə çağırırıq”.
Nazir vurğulayıb ki, İƏT-in mövcudluğunun ana xəttini təşkil edən Fələstin məsələsi belə bir kollektiv yanaşma tələb edən məsələdir: “Azərbaycan bu məsələnin ədalətli və dayanıqlı həlli üçün tam həmrəyliyini və davamlı dəstəyini bir daha təsdiq edir və Fələstin münaqişəsinin Fələstin Dövlətinin paytaxtı Şərqi Qüds olmaqla “iki dövlət” prinsipinə əsasən həllini dəstəkləyir. Bu məqsədə sadiq qalan Azərbaycan Fələstin hökumətini onun beynəlxalq aləmdə siyasi və hüquqi statusunu, eləcə də BMT-nin tamhüquqlu üzvlüyünü əldə etmək hüququnu möhkəmləndirəcək “G77 və Çin qrupu”nda rəsmi sədrliyə başlaması münasibətiləı təbrik edir. Ötən il Azərbaycan Qoşulmama Hərəkatının (NAM) 18-ci Aralıq Nazirlər Toplantısı çərçivəsində Fələstinə dair Qoşulmama Hərəkatının Nazirlər Komitəsinə ev sahibliyi etmişdir. Bakı Yekun Bəyannaməsi Fələstində zorakılığın tamamilə dayandırılması üçün ciddi kollektiv səylərə çağırışı bir daha bəyan etdi. 2018-ci ilin noyabrında Azərbaycan Fələstin Dövlətinin Asiyada akkreditə olunmuş səfirlərinin illik toplantısına ev sahibliyi etdi və bununla Fələstin hökumətinin imkanlarının qurulmasına töhfə verdi. Humanitar istiqamətdə Fələstin xalqına yardıma gəldikdə isə Azərbaycan ötən ilin oktyabr ayında BMT-nın Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə 200 min ABŞ dolları ayırmışdır. Bu təşkilatı əmin etmək istərdim ki, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Fələstində sülhə, eləcə də bütövlükdə İslam ölkələrində sülh, təhlükəsizlik və inkişafa daha da töhfə verilməsi üçün səylərini əsirgəməyəcəkdir”.
E. Məmmədyarov qeyd edib ki, beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək üçün mümkün olan hər şeyi edərkən, Azərbaycan hələ də Ermənistanın davam edən hərbi təcavüzü ilə üzləşir: “Bu təcavüz nəticəsində ölkəmin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu işğal olunub; təxminən 1 milyondan çox azərbaycanlı etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkünə çevrilib; Ermənistanın işğalı altında olan ərazilərimizdə çoxsaylı tarixi, mədəni və dini abidələr məhv edilib. Təəssüf ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının vasitəçilik səyləri işğal olunmuş torpaqların azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticələrinə gətirib çıxarmayıb. Danışıqların bu qəti nəticəsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində, habelə İƏT-in qətnamələrində, ATƏT-in, Avropa İttifaqının və münaqişə mövzusu ilə məşğul olan demək olar ki, hər bir beynəlxalq təşkilatın müvafiq sənədlərində təsbit olunmuşdur”.
Nazir əlavə edib ki, bütün bu çağırışlara və münaqişənin sülh yolu ilə həlli üzrə bütün səylərimizə baxmayaraq, Ermənistan işğalın nəticələrini möhkəmləndirmək məqsədilə işğal olunmuş ərazilərdə təbii sərvətlərin talan edilməsi, tarixi və İslam irsinin məhv edilməsi siyasətini davam etdirir; demək olar ki, hər gün atəşkəsi pozur, azərbaycanlı hərbiçiləri və mülki şəxsləri öldürür və yaralayır: “İƏT-ə üzv ölkələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İƏT Xarici İşlər Nazirlərinin qətnamələrində əks olunmuş ədalətli mövqeyini yüksək qiymətləndirirəm. Eyni zamanda, bu ədalətli mövqeyin və bu çox hörmətli qurum çərçivəsində nümayiş etdirilmiş həmrəyliyin təcavüzkar dövlətə münasibətdə ikitərəfli əsasda, eləcə də beynəlxalq forumlarda ifadə olmasına çağırıram. İşğal siyasətini təşviq etmək və bu təşkilatın həmrəyliyini pozmaq üçün Ermənistanın beynəlxalq mədəni, dil birliyinə əsaslanan və ya humanitar forumlardan sui-istifadə etmək cəhdləri bizim birgə mövqeyimizlə cavablandırılmalıdır. Ermənistanın bəzi üzv ölkələri iqtisadi və mədəni əməkdaşlığa cəlb etmək cəhdləri, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin turistik bölgə kimi və ya işğal olunmuş ərazilərdəki mirası məhv etdiyi bir halda öz ərazisində güya ki, qorunan “İslam Mirası”nın təşviqi, işğalın legitimləşdirilməsi və işğalçının gücləndirilməsi siyasətindən başqa bir şey deyildir. Üzv ölkələri bundan çəkinməyə çağırırıq.
Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT “Təmas Qrupu”nun 2016-cı ildə Nyu-Yorkda keçirilmiş illik görüşlərini yüksək qiymətləndirərək, bu xüsusda İƏT-in baş katibinə və üzvlərinə minnətdarlığımızı ifadə edərək, bütün qrup üzvlərini İƏT-in Ermənistan-Azərbaycan münaqişəsinə dair qərar və qətnamələrinin yerinə yetirilməsini praktiki fəaliyyətləri ilə dəstəkləməyə və Ermənistanı İƏT-in müvafiq sənədlərinə riayət etməsinə məcbur etmək üçün müvafiq tədbirlərin görülməsini təmin etməyə çağırırıq”.
E. Məmmədyarov qeyd edib ki, Azərbaycan beynəlxalq aləmdə həmrəyliyimizi möhkəmləndirmək və kollektiv səsimizi ucaltmaq məqsədi ilə İƏT institutlarının fəaliyyətini yüksək qiymətləndirir: “Bu xüsusda, mən beynəlxalq hüququn ciddi pozulması halı olan və Azərbaycanın ətraf əraziləri üçün ekoloji fəlakət yaratmağı nəzərdə tutan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki Sərsəng su anbarından yeni bir kanalın tikintisinin pislənməsi barədə İSESKO tərəfindən qəbul edilmiş qətnaməni xüsusi vurğulamaq istərdim”.
Nazir vurğulayıb ki, biz 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən mülki azərbaycanlılara qarşı soyqırımı haqqında dünyada məlumatlılığın artırılmasına hədəflənmiş “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində həyata keçiriliən İslam Konfransı Gənclər Forumu tərəfindən “Xocalı qırğını qurbanları ilə həmrəylik” qətnaməsinin icrasına üzvlər tərəfindən nümayiş etdirilən həmrəyliyi yüksək qiymətləndiririk: “Mən, həmçinin çətinliklər və təbii fəlakətlər zamanı, məsələn Azərbaycanın da töhfə verdiyi 2018-ci ildə İndoneziya zəlzələsindən sonra İƏT-ın humanitar yardımı kimi, həmrəyliyimizin əhəmiyyətini vurğulamaq istəyirəm. Bizim həmrəyliyimiz, həmçinin çox vacib olan qlobal mədəniyyətlərarası dialoqun gücləndirilməsində və xarici düşmənçilik, irqçilik, nifrət çıxışları və İslamofobiya təhlükələrinə qarşı mübarizədə də nümayiş etdirilməlidir. Bu xüsusda, mən 2008-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş “Bakı prosesi”nin əsas hissəsi olan, 2019-cu ilin may ayında Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda üzv dövlətləri fəal şəkildə iştirak etməyə çağırıram. İƏT, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO kimi nüfuzlu beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənən proses dayanıqlı sülhün və inklüziv inkişafın təmin edilməsi üçün mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədini güdür”.
E. Məmmədyarov bildirib ki, qədim Azərbaycan şəhəri olan və İslam mədəniyyətinin paytaxtı adlanan Naxçıvan 2018-ci ildə mədəniyyət əlaqələrimizin daha da zənginləşdirilməsinə töhfə verən müxtəlif mədəniyyət proqramlarına ev sahibliyi etmişdir: “Bu il Azərbaycanda ilk İƏT Mədəniyyət Həftəsi və ölkələrimizin gənc istedadlarını və yaradıcılığını dəstəkləyən klassik musiqi ifaçılarının Səkkizinci Beynəlxalq Müsabiqəsinə ev sahibliyi etməsini səbirsizliklə gözləyirik.
Azərbaycan İslam Konfransı Gənclər Forumunun və Azərbaycan hökuməti tərəfindən Bakıda ev sahibliyi edilən Avrasiya Regional Mərkəzinin fəaliyyətini dəstəkləyir və Gənclər və İdman Nazirlər Şurasında sədrliyimiz dövründə biz gənclərə və idmanın inkişafına praktiki səviyyədə töhfəmizi davam etdirəcəyik. Bu sədrlik dövründə Azərbaycan tərəfindən İslam ölkələri arasında gənclər və idman fəaliyyəti vasitəsi ilə dostluq əlaqələrinin gücləndirilməsi məqsədilə Gənclər üçün nəzərdə tutulan 2-ci İcraçı Model İƏT oyunları, İslam ölkələrinin gənc sahibkarlar şəbəkəsinə ev sahibliyi ediləcəkdir. Biz həmçinin iştirakçıları İƏT-in xüsusiləşdirilmiş orqanı olan və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə, “İƏT 2025 Fəliyyət proqramı”nın mühüm məqsədi olan ölkələrimizin istehsal qüvvələri və iqtisadi artımını dəstəkləmək məqsədilə yaradılmış və İƏT Əmək Mərkəzinin təsis olunmasının ratifikasiya prosesini yekunlaşdırmağa dəvət edirik”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
Bu gün, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"
22-01-2026, 12:39
ABŞ hərbi gəmiləri Yaxın Şərq və Avropaya doğru istiqamətlənib

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər