16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Böyük yeddilər"in sammiti başlayır
Tarix: 24-08-2019 02:15 | Bölmə: Siyasət
"Böyük yeddilər"in sammiti başlayır

Bu gün Fransanın Biariç şəhərində "Böyük yeddilər"in (G7) sammiti işə başlayır.

TASS-ın məlumatına görə, şənbə günü axşam Fransa prezidenti Emmanuel Makron ABŞ, Kanada, İtaliya, Yaponiya, AFR və Böyük Britaniyanın liderlərini qarşılayacaq. Danışıqlara işçi şam yeməyi ilə start veriləcək.

Məlumatda bildirilir ki, dövlət və hökumət başçıları qeyri-rəsmi formada onları ən çox maraqlandıran problemlərin müzakirə edəcəklər. Bazar günü isə sammit tam formatdə işə başlayacaq.

Xatırladaq ki, birlik Fransanın təşəbbüsü ilə 1975-ci ildə yaradılıb. Birliyin əsas müzakirə mövzuları ətraf mühitin müdafiəsi, iqlim dəyişikliyi, dünyada bərabərsizliklə mübarizə olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}