ABŞ gəmi kapitanını terrorçu elan etdi - Foto
Tarix: 31-08-2019 11:23 | Bölmə: Siyasət
ABŞ gəmi kapitanını terrorçu elan etdi

ABŞ Dövlət Departamenti İranla bağlı növbəti şəxsin sanksiya siyahısına salınması barədə bəyanat yayıb.

Reyting.az
Dövlət Departamentinə istinadla xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyi “Adrian Darya 1” gəmisinin kapitanı Kumar Axileşi xüsusi təyin olunmuş qlobal terrorçu elan edib. Nazirlik onun İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Qüds” qüvvələri ilə bağlı olduğunu və ya adından fəaliyyət göstərdiyini bildirib.

Xatırladaq ki, “Adrian Darya 1” gəmisi Cəbbəlüttariq boğazında həbs edildikdən sonra Türkiyənin Aralıq dənizi sahillərinə yön alıb, lakin sonradan Suriya limanında lövbər atıb.

ABŞ gəmi kapitanını terrorçu elan etdi




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər