17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Tbilisin merinə Azərbaycanın medalı verildi
Tarix: 04-09-2019 18:40 | Bölmə: Siyasət
Tbilisin merinə Azərbaycanın medalı verildi

Tbilisi meri Kaxa Kaladze “Azərbaycan diplomatik xidmət orqanları – 100” yubiley medalı ilə təltif olunub.

Reyting.az Azərbaycanın Gürcüstandakı Səfirliyinə istinadla xəbər verir ki, medalı səfri Dursun Həsənov merə təqdim edib.

D.Həsənov bildirib ki, K.Kaladze medal və fəxri diploma Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfə, həmçinin Tbilisi və Bakı arasında müxtəlif sahələrdə sıx əməkdaşlığa görə layiq görülüb.

K.Kaladze mükafata görə minnətdarlığını bildirib: “Çox məmnunam ki, bu mükafata layiq görülmüşəm. Azərbaycan Prezidentinə bu mükafata görə təşəkkür edirəm. Energetika naziri olanda biz birgə Gürcüstan və Azərbaycanın maraqlarına uyğun bir sıra əhəmiyyətli layihələr həyata keçirmişik. Şadam ki, ölkələrimiz arasındakı bu münasibətlər daha da inkişaf etdirilir. Azərbaycan bizə tərəfdaş ölkədir və biz bu ölkə ilə münasibətlərə dəyər veririk”.

Görüşdə SOCAR şirkətinin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov da iştirak edib.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}