Əli Əhmədov: “Qarabağın mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz”
Tarix: 05-10-2019 14:18 | Bölmə: Siyasət
Əli Əhmədov: “Qarabağın mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz”

"Ermənistan Baş naziri Paşinyanın təxribatçı və sərsəm bəyanatı Azərbaycanın Prezidenti İlham Əliyevin sərt və qəti bəyanatı ilə darmadağın edildi. Qarabağ Azərbaycandır! Tarixin təsdiq, beynəlxalq hüququn və birliyin qəbul etdiyi bu məntiqlə razılaşmamaq mümkün deyil”.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavini vurğulayıb ki, Qarabağ Azərbaycanındır, Azərbaycan xalqına mənsubdur, onun mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz və dəyişdirilməyəcək: “Buna Azərbaycan xalqı, onun ordusu və Ali Baş Komandanı İlham Əliyev buna imkan verməz. Avantürist bəyanatın qarşısına ədalətli və sərt bəyanat qoyuldu. İşğalçı siyasətin aqibəti də beləcə xalqımızın iradəsi və ordumuzun qüdrəti ilə sona çatacaq”.

Xatırladaq ki, oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır: "Qarabağ Azərbaycandır və nida işarəsi".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər