Hakan Şükür: “Gülənin tədbirlərinə Ərdoğanın təyyarəsi ilə gedirdik”
Tarix: 22-02-2020 16:53 | Bölmə: Siyasət
Hakan Şükür: “Gülənin tədbirlərinə Ərdoğanın təyyarəsi ilə gedirdik”

"Dövlətimi, millətimi, bayrağımı, bütün dəyərlərimi sevirəm".

Reyting.az
“Euronews”-a istinadla xəbər verir ki, bunu Hakan Şükür bildirib.

Gülən Hərəkatı ilə münasibətlərinə toxunan keçmiş futbolçu deyib: "Mənə qarşı belə bir iddianamə yoxdur. Yalnız qara təbliğat var. İnsanlar ittiham olunan günahsızlığını isbatlamalıdır deyirlər".

Hakan Şükür hərəkatın Türkiyədəki mövcud iqtidar dövründə gücləndiyini, “Camaat”ın təşkil etdiyi tədbirlərə iqtidar üzvləriylə qatıldığını, hətta prezident Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ilə səfər etdiklərini vurğulayıb. “Bugünkü prezidentin təyyarəsi ilə Gülən Hərəkatının təşkil etdiyi bəzi proqramlara yollandıq. Bunlar o zaman qanuni idi. Bu gün isə cinayət sayılır. Məni bu proqramlara dəvət etdilər və o vaxtlar məşhur bir sima kimi bu proqramlara qatıldım".

Mühacirətdə yaşayan Şükür ona qarşı irəli sürülən ittihamları rədd edib.

“Futbola qayıtmaq istəyirəm, məşqçilik etmək istəyirəm”, – deyən sabiq futbolçu ABŞ-da çətin günlər keçirdiyini vurğulayıb.

“Uber” sürücüsü olduğu iddiasına toxunan Hakan Şükür bir müddətdir ingilis dilini öyrənmək üçün “Uber” biznesi ilə məşğul olan bir dostunu müşayiət etdiyini, lakin sürücülük etmədiyini bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}