16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Türkiyə hərbçiləri yaxın vaxtlarda Azərbaycana gələcək
Tarix: 21-11-2020 11:59 | Bölmə: Siyasət
Türkiyə hərbçiləri yaxın vaxtlarda Azərbaycana gələcək

Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları yaxın vaxtlarda Azərbaycana gələcək. Reyting.az xəbər verir ki, bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar bildirib.

Artıq Türkiyə Silahlı Qüvvələrinin quru qoşunları təlimlərini başa çatdırıb və yaxın vaxtlarda Azərbaycana yola düşəcəklər.

Xatırladaq ki, noyabrın 9-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın Baş naziri Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə birgə bəyanat imzalayıblar. Bundan sonra Rusiya sülhməramlıları atəşkəsə nəzarət etmək üçün Qarabağa yerləşdirilib. Türkiyə hərbçiləri də bölgədə atəşkəsə nəzarət missiyasını yerinə yetirəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}