Sülhməramlılar daha 189 ermənini Qarabağa qaytarıb
Tarix: 17-01-2021 22:38 | Bölmə: Siyasət
Sülhməramlılar daha 189 ermənini Qarabağa qaytarıb

Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qaçmış ermənilərin yaşayış yerlərinə təhlükəsiz qayıtması təmin edilir, mülki infrastrukturun bərpasına lazımi köməkliklər göstərilir.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin 17 yanvar məlumatına görə, rus sülhməramlıları Ermənistan ərazisindən Dağlıq Qarabağa daha 189 erməninin təhlükəsiz qayıtmasını təmin edib. Ümumilikdə, 14 noyabr 2020-ci ildən bu yana 49827 erməni Dağlıq Qarabağa qayıdıb.

Humanitar Minalardan Təmizləmə Mərkəzinin qrupları da Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Gün ərzində 21 hektar ərazi və 4 km yol, 32 yaşayış binası təmizlənib, 193 partlayıcı obyekt aşkarlanaraq məhv edilmək üçün çıxarılıb. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bu yana 251 hektar ərazi, 205,3 km yol, 25 sosial əhəmiyyətli obyekt daxil olmaqla 783 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 23 723 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Rusiya sülhməramlı kontingenti Beynəlxalq Qırmızı Xaç Komitəsi və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri ilə əməkdaşlıq edərək hərbi əməliyyatlar zamanı həlak olanların cəsədlərinin axtarışı və köçürülməsi işlərini də davam etdirir.

Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqənin saxlanıldığı bildirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}