Erməni deputat şər-böhtanla məşğuldur: “Gorus-Qafan yolunda azərbaycanlı hərbçilər jestlərlə...”
Tarix: 18-01-2021 13:58 | Bölmə: Siyasət
Erməni deputat şər-böhtanla məşğuldur: “Gorus-Qafan yolunda azərbaycanlı hərbçilər jestlərlə...”

“Parlamentin gündəliyinə Qarabağdan olan qaçqınların, hərbi əsirlərin, itkin düşənlərin və Ermənistanın Sünik bölgəsinin təhlükəsizliyinin təmin edilməsinə dair məsələlər daxil edilməyib”.

Reyting.az
erməni mediasına istinadla xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” Partiyasının deputatı İveta Tonoyan erməni parlamentinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, parlamentin gündəliyinə ölkədə vəziyyəti yüngülləşdirə biləcək məsələlər daxil edilməsə də, avtoparklarla bağlı qanun layihəsi daxil edilib: “Başa düşürsünüzmü, bu hökumət, başçısı ilə birlikdə legitimliyinin tükəndiyini və parlamentə gələrək cəmiyyətə təqdim edə biləcəyi gündəliyinin olmadığını göstərir”.

Deputat Tonoyan daha sonra hakim “Mənim addımım” Partiyasının deputatlarına müraciət edib:

“Siyasi əksəriyyət bütün bunları anlamadığını və onun uydurduğu bir dünyada yaşamaqda davam edir. Gorus-Qafan magistral yolunda azərbaycanlı hərbçilər sürücülərimizə jestlərlə başlarını kəsəcəyini göstərirlər. Mən hakim blokdakı deputatları Sünik bölgəsinə səfər etməyə və burada nə baş verdiyini öz gözləri ilə görməyi təklif edirəm”.

Qeyd edək ki, Azərbaycana qarşı işğal və soyqırımı siyasəti aparmış Ermənistanın həm parlamentində, həm də digər dövlət qurumlarında təmsil olunanlar ölkələrinin haqq savaşında məğlubiyyəti ilə barışmaq istəmirlər. Bu səbəbdən də onlar həm ölkə daxilində, həm də xarici KİV-lərdə Azərbaycan Ordusuna qarşı şər-böhtan kampaniyalarını davam etdirirlər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}