Nikol Paşinyan: “20 Yanvar qurbanlarının xatirəsini yad etdim” - Foto
Tarix: 20-01-2021 15:42 | Bölmə: Siyasət
Nikol Paşinyan: “20 Yanvar qurbanlarının xatirəsini yad etdim”

Ermənistanın Baş naziri Nikol Paşinyan “Molorak” qəzetində jurnalist işlədiyi dövrdə 1990-cı ilin 20 yanvarında Bakıda öldürülən insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdiyini qeyd edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Armvoice Teleqram” kanalı yazıb.

“Armvoice Teleqram” kanalı Ermənistanın indiki Baş naziri Paşinyanın 1998-ci il tarixli “Ermənilər və azərbaycanlılar xoşbəxt xalqdır” başlıqlı məqaləsindən sitat gətirib.

Nikol Paşinyan məqaləsində, Azərbaycan və Türkiyənin günahsız qurbanlarına gəldikdə, hər dəfə ermənilərin şüurunun niyə qaraldığını soruşur.

Paşinyanın məqaləsi aşağıdakı sətirlərlə bitir: “Bakıda 1990-cı ilin 20 Yanvar qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}