14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
David Şahnazaryan: “Müharibədə erməni tərəfindən 6 mindən çox insan ölüb”
Tarix: 21-01-2021 10:49 | Bölmə: Siyasət
David Şahnazaryan: “Müharibədə erməni tərəfindən 6 mindən çox insan ölüb”

Azərbaycanda 235 erməni hərbi əsir var.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru David Şahnazaryan çıxış edib.

D. Şahnazaryan deyib ki, əsirlər arasında Livan ermənisi Maral Nadjaryan da var.

Erməni hökumətinin itkin düşənlərin və əsir götürülənlərin siyahısını niyə açıqlamadığına gəldikdə, Şahnazaryan bildirib ki, eməni rəsmilər bununla etdikləri cinayəti gizlətməyə çalışır: “Mən həqiqi məlumatları təqdim etmək niyyətindəyəm. Söhbət bu gün bəlli olmayan səbəbdən dövlət sirri kimi saxlanılan hərbi əsirlərin sayından gedir. Bu gün Azərbaycanda 235 erməni əsiri var”.

Keçmiş erməni çekisti deyib ki, Azərbaycan tərəfi 171 hərbi əsirin və 64 erməni terrorçusunun olduğunu qeyd edir: “Bu məlumatlar son dərəcə vacibdir. Ermənistan rəsmiləri bunu gizlətmək əvəzinə beynəlxalq platformalarda qaldırmalıdır”.

Şahnazaryanın təxminlərinə görə, bu müharibədə erməni tərəfindən ölənlərin sayı 6 mindən çoxdur.

Onun sözlərinə görə, livanlı erməni Maral Najaryan qohumu Vigen Ekuadjyanla birlikdə noyabrın 10-da əsir götürülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}