10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Separatçı rejim Qarabağdakı ermənilərə yalan vədlər verir - Foto
Tarix: 25-01-2021 12:26 | Bölmə: Siyasət
Separatçı rejim Qarabağdakı ermənilərə yalan vədlər verir

Azərbaycanın Xankəndi şəhərinə toplaşan və “Dağlıq Qarabağ Respublikası” adlı qondarma bir qurum elan edən hərbi cinayətkarlar mövcudluqlarını nümayiş etdirməyə çalışırlar.

Reyting.az
xəbər verir ki, özünü “DQR”in “prezidenti” elan edən hərbi cinayətkar Araik Harutyunyan ötən gün, hələlik separatçıların nəzarətində olan Azzərbaycanın Ağdərə şəhərinə gələrək yerli ermənilər və rayon “rəhbərliyi” ilə görüşüb.

Separatçı Harutyunyan toplantıda təhlükəsizlik və sosial-iqtisadi sahələrdən danışıb.

Evini itirən ermənilərin bölgə icmalarının yerləşdirilməsi proqramına da toxunan cinayətkar Harutyunyan bu yaxınlarda kəndlərdə yaşayanların iqtisadi fəaliyyəti üçün imkanların yaradılacağını bildirib.

Daha sonra separatçıların başçısı Ağdərə keşişi Ovanes Ovanesyanla görüşüb və kilsəyə baş çəkib. O, keşişə kilsənin təmir olunacağı vədini verib.

Məlumata görə, toplantıda özünü Qarabağ “qəhrəmanı” elan edən və 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun qarşısından qaçan Karen Şakaryan da iştirak edib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}