Prezidentin köməkçisi: "ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər"
Tarix: 26-01-2021 00:01 | Bölmə: Siyasət
Prezidentin köməkçisi: "ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər"

"ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz regionu ilə daha aktiv şəkildə əməkdaşlıq edəcəyinə ümid edirik".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ın aparıcı beyin mərkəzi "Atlantic Council"in virtual formatda müzakirəsində çıxışı zamanı deyib.

H. Hacıyev bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər. O deyib ki, ABŞ-ın post-konflikt dövründə quruculuqla bağlı zəngin təcrübəsi və təşəbbüsləri olub və bu istiqamətdə Cənubi Qafqaza da töhfə verə bilər.

H. Hacıyev ABŞ-ın həm ölkə olaraq təktərəfli şəkildə, həm də ATƏT-in Minsk qrupunun həmsədri olaraq sülh quruculuğu, münaqişədən sonra rekonstruksiya, yenidənqurmada aktiv rol oynaya biləcəyini vurğulayıb.

İşğaldan azad olunmuş ərazilərdə "smart", yaşıl şəhərlərin qurulacağını qeyd edən H. Hacıyev bu prosesdə ABŞ-ın özəl sektoru üçün geniş imkanların olduğunu əlavə edib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}