Sabiq prezident hakimiyyətdə türk agentlərinin olmasına işarə edir
Tarix: 28-01-2021 11:43 | Bölmə: Siyasət
Sabiq prezident hakimiyyətdə türk agentlərinin olmasına işarə edir

“Böyük bir canfəşanlıq, həvəs və ardıcıllıqla cəmiyyəti ağ-qaraya, zəngin-kasıba, ruspərəst və anti-ruslara bölmək, cəmiyyətə bölücü xətlər gətirmək üçün hər şey edildi”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan erməni mediasında müsahibəsi zamanı indiki Baş nazir Nikol Paşinyanın Türkiyə və Azərbaycan üçün faydalı olub-olmadığı haqda suala cavabında deyib.

Xocalı qatili bu suala dolayısı yolla cavab verib: “Bir dövlət düşməninə qarşı nə edər?

Klassik ssenari var: cəmiyyəti bölün. Tarixdə bunun bir çox nümunsi var.

İkincisi, ordunu və təhlükəsizlik sistemini zəiflədin.

Üçüncüsü, dövlət qurumlarına münasibətdə inamsızlıq yaradın.

Dördüncüsü, müttəfiqlər və dost dövlətlərlə münasibətləri korlayın.

İndiki Baş nazir bu dörd hərəkətdən hansını etməyib? Böyük həvəs və canfəşanlıqla cəmiyyəti ağ-qaraya, varlı-yoxsula, Rusiyapərəst və anti-Rusiyaya bölməklə bölücülük xətti gətirmək, ordunu parçalamaq üçün hər şey edildi. Bu prosesə 1 mart hadisələri ilə başladı. Generallara, qəhramlarımıza qarşı. Təhlükəsizlik sistemində düşmən-casus şəbəkələrini aşkarlamaq əvəzinə şeytan axtarmaq klassik casusluq ssenarisidir”.

R. Köçəryana görə, dövlət qurumlarına etimadsızlıqdan sonra onlara ölkədə inam qala bilməz: “Bu yalnız müharibə dövründə deyil, son üç ildə yalan danışmaqdır. Bütün bu klassik ssenari Ermənistanda həyata keçirildi. Mən rəsmilərin türk agentləri olduğunu deyə bilmərəm, ancaq onu deyə bilərəm ki, Ermənistanın Baş naziri türk agenti olsaydı, edilənləri edərdi. Qəza, nizamsızlıq, zərərli niyyət? Bu hələ cavablandırılması lazım olan böyük sualdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}